Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qlobal statistikalara diqqət etsək, görərik ki, 2024-cü ilin yalnız ilk yarısında dövlət qurumlarına yönəlmiş hücumların 40%-dən çoxu kritik infrastruktur sistemlərinə qarşı olub.
Bu tendensiya göstərir ki, hər bir zəiflik strateji riskə çevrilə bilər”.
“Qafqazinfo” Oxu.az-a istinadən xəbər ki, bu fikirləri “Dövlət qurumlarının İT rəhbərlərinin VI Zirvə Toplantısı”nda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəis müavini general-mayor Allahverən İsmayılov deyib.
O bildirib ki, ölkəmiz də bu qlobal proseslərin təsirindən kənarda deyil: “Biz dövlət informasiya ehtiyatlarında təhlükəsizlik insidentlərinin səbəblərini təhlil edərkən görürük ki, əsas problemlərdən biri hələ də məlumatların sızmasıdır.
Bu yalnız texniki boşluqlardan deyil, həm də idarəetmə proseslərindəki zəifliklərdən qaynaqlanır.
Təhlükəsizlik mədəniyyətinin hər bir dövlət qurumunda formalaşması, mütəmadi risk qiymətləndirmələrinin aparılması bu baxımdan həyati əhəmiyyət daşıyır”.
A. İsmayılovun sözlərinə görə, sevindirici haldır ki, artıq ölkəmizdə də beynəlxalq təcrübəyə uyğun olaraq ilk dəfə “Bug Bounty” (Baq Baunti