Icma.az
close
up
RU
“Hakerlər dörd aya 6 milyondan çox vəsait ələ keçirib”

“Hakerlər dörd aya 6 milyondan çox vəsait ələ keçirib”

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qlobal statistikalara diqqət etsək, görərik ki, 2024-cü ilin yalnız ilk yarısında dövlət qurumlarına yönəlmiş hücumların 40%-dən çoxu kritik infrastruktur sistemlərinə qarşı olub. Bu tendensiya göstərir ki, hər bir zəiflik strateji riskə çevrilə bilər”.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər ki, bu fikirləri “Dövlət qurumlarının İT rəhbərlərinin VI Zirvə Toplantısı”nda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəis müavini general-mayor Allahverən İsmayılov deyib.

O bildirib ki, ölkəmiz də bu qlobal proseslərin təsirindən kənarda deyil: “Biz dövlət informasiya ehtiyatlarında təhlükəsizlik insidentlərinin səbəblərini təhlil edərkən görürük ki, əsas problemlərdən biri hələ də məlumatların sızmasıdır. Bu yalnız texniki boşluqlardan deyil, həm də idarəetmə proseslərindəki zəifliklərdən qaynaqlanır. Təhlükəsizlik mədəniyyətinin hər bir dövlət qurumunda formalaşması, mütəmadi risk qiymətləndirmələrinin aparılması bu baxımdan həyati əhəmiyyət daşıyır”.

A. İsmayılovun sözlərinə görə, sevindirici haldır ki, artıq ölkəmizdə də beynəlxalq təcrübəyə uyğun olaraq ilk dəfə “Bug Bounty” (Baq Baunti) proqramı həyata keçirilib: “Bu, dövlət qurumlarımızın açıq və əməkdaşlığa əsaslanan yanaşmaya keçid etdiyini göstərir. Belə təşəbbüs dövlət informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunmasında ictimai və peşəkar potensialın birləşdirilməsinin bariz nümunəsidir. Çünki müasir dünyada kibertəhlükəsizlik yalnız qapalı sistemlərin müdafiəsi deyil, həm də ekspert icmaları ilə əməkdaşlıq deməkdir”.

Rəis müavini əlavə edib ki, hakerlər, sadəcə, informasiya sistemlərini deyil, eləcə də vətəndaşları hədəf alır və onların fərdi məlumatlarından, əsasən, maliyyə dələduzluğu əməliyyatlarında istifadə edirlər: “Belə ki, Daxili İşlər Nazirliyinin açıqlamasında 2025-ci ilin ilk dörd ayı ərzində hakerlərin vətəndaşlardan kiberdələduzluq yolu ilə ələ keçirdiyi vəsaitin miqdarının 6 milyondan çox olduğu bildirilib. Xidmət tərəfindən aparılan monitorinqlər nəticəsində 2025-ci ilin birinci yarımilində dövlət xidmətlərindən istifadə edən 6 164 vətəndaşın və 47 dövlət qurumunun 95 əməkdaşının hakerlərin qurbanına çevrildiyi müəyyən edilib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri