Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır

02.06.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"

Niderlandda hakimlərin peşəkarlıq səviyyəsi və maaşları ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

QOL.az xəbər verir ki, "goal.com" nəşrinin məlumatına görə, "Qroningen" klubunun rəhbəri Frank van Mosselveld ölkədə hakimliyin tam ştatlı peşə olmamasını tənqid edib və bunun qərarların keyfiyyətinə mənfi təsir etdiyini bildirib. O, hakimlərin, xüsusilə gənc hakimlərin az maaş qarşılığında ciddi təzyiq altında işlədiyini vurğulayıb:

"Yaddan çıxarmaq olmaz ki, meydanda 26 nəfər olur və oyunu idarə edən həmin o 4 nəfər daşıdıqları böyük məsuliyyətə uyğun məvacib almırlar. Bu gün oyunları cəmi 30 avroya idarə edən, oyun boyu təhqirlərə məruz qalan gənc və istedadlı hakimləri düşünəndə adamın ürəyi ağrıyır. Ən yüksək səviyyəyə ucalmaq üçün gərək bu peşənin dəlisi olasan".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью