Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Niderlandda hakimlərin peşəkarlıq səviyyəsi və maaşları ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
QOL.az xəbər verir ki, "goal.com" nəşrinin məlumatına görə, "Qroningen" klubunun rəhbəri Frank van Mosselveld ölkədə hakimliyin tam ştatlı peşə olmamasını tənqid edib və bunun qərarların keyfiyyətinə mənfi təsir etdiyini bildirib. O, hakimlərin, xüsusilə gənc hakimlərin az maaş qarşılığında ciddi təzyiq altında işlədiyini vurğulayıb:
"Yaddan çıxarmaq olmaz ki, meydanda 26 nəfər olur və oyunu idarə edən həmin o 4 nəfər daşıdıqları böyük məsuliyyətə uyğun məvacib almırlar. Bu gün oyunları cəmi 30 avroya idarə edən, oyun boyu təhqirlərə məruz qalan gənc və istedadlı hakimləri düşünəndə adamın ürəyi ağrıyır. Ən yüksək səviyyəyə ucalmaq üçün gərək bu peşənin dəlisi olasan".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 02 İyun 2026 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















