“Hamburq” hücumçusunu sərxoş vəziyyətdə avtomobil sürdüyünə görə oyun və məşqlərdən kənarlaşdırıb

30.01.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Hamburq” komandasının hücumçusu Jan-Lük Dompe klub tərəfindən intizam səbəblərinə görə məşqlərdən və oyunlardan kənarlaşdırılıb.

İdman.Biz-in Alman klubunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oyunçu bazar günü polis tərəfindən alkoqol testi üçün saxlanılıb.

30 yaşlı futbolçunun alkoqol testi müsbət çıxıb.

Klubun açıqlamasına görə, Dompeyə cümə axşamı rəhbərliklə izahlı görüşdən sonra cəza barədə məlumat verilib. Oyunçuya qarşı əlavə tədbirlər barədə yekun qərar digər daxili məsləhətləşmələrdən sonra veriləcək.

Dompe “Hamburq”a 2022-ci ildə Belçikanın “Zulte-Varegem” klubundan keçib. O, həmin vaxtdan bəri Almaniya klubunda 107 oyun keçirib və 17 qol vurub.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью