“Hamburq” hücumçusunu sərxoş vəziyyətdə avtomobil sürdüyünə görə oyun və məşqlərdən kənarlaşdırıb
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Hamburq” komandasının hücumçusu Jan-Lük Dompe klub tərəfindən intizam səbəblərinə görə məşqlərdən və oyunlardan kənarlaşdırılıb.
İdman.Biz-in Alman klubunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oyunçu bazar günü polis tərəfindən alkoqol testi üçün saxlanılıb.
30 yaşlı futbolçunun alkoqol testi müsbət çıxıb.
Klubun açıqlamasına görə, Dompeyə cümə axşamı rəhbərliklə izahlı görüşdən sonra cəza barədə məlumat verilib. Oyunçuya qarşı əlavə tədbirlər barədə yekun qərar digər daxili məsləhətləşmələrdən sonra veriləcək.
Dompe “Hamburq”a 2022-ci ildə Belçikanın “Zulte-Varegem” klubundan keçib. O, həmin vaxtdan bəri Almaniya klubunda 107 oyun keçirib və 17 qol vurub.
Bu mövzuda digər xəbərlər:Brussiya və Hamburq dan qələbə
08 Dekabr 2025 00:50
Hamburq limanında güclü yanğın
25 Avqust 2025 20:41
Sərxoş halda maşın sürdüyünə görə ağır cəzalandı
24 Dekabr 2024 10:53
Hamburq 8 ildən sonra Bundesliqada
11 May 2025 01:49
Hamburq danimarkalı hücumçu ilə anlaşdı
14 İyul 2025 11:22
Baxış sayı:67
Bu xəbər 30 Yanvar 2026 05:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















