Hamı birlikdə stadiona! İdmanXəbər | Icma.az
Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır. “Qarabağ” sabah UEFA Avropa Liqasının VII turunda Bakıda FKSB ilə üz-üzə gələcək.
Cari mövsüm avrokuboklarda uğurlu çıxış edə bilməyən təmsilçimiz Rumıniya klubu ilə matçda meydana yalnız qələbə üçün çıxacaq.
Ağdam təmsilçisi hazırda aktivindəki 3 xalla turnir cədvəlində 33-cü sırada qərarlaşıb.
Bu səbəbdən də sabahkı qarşılaşma bizim üçün olduqca vacib görüşdü. “Qarabağ”ın sabah ən böyük silahlarından biri azarkeş dəstəyi olmalıdır.
Azərbaycanlı futbolsevərlər illərdi “köhlən atlar”ı heç bir önəmli oyunda yalnız buraxmayıb.
“Qarabağ”ın bu günə qədər avrokuboklardakı uğurlarında fanatların da böyük rolu olub.
Amma təəssüf ki, sabahkı oyuna maraq o qədər də yüksək deyil. Komandanın cari mövsüm uğursuz nəticələri azarkeşləri sanki küsdürüb.
Nəticələr gözlənilməz olanda tamaşaçılar da həvəsdən düşür. Ancaq unutmayaq ki, hələ qarşıda “Qarabağ”ın iki oyunu var.
Tam oxu
Xəbəri oxu