Icma.az
close
up
RU
Hamı birlikdə stadiona! İdmanXəbər

Hamı birlikdə stadiona! İdmanXəbər

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

“Qarabağ” sabah UEFA Avropa Liqasının VII turunda Bakıda FKSB ilə üz-üzə gələcək. Cari mövsüm avrokuboklarda uğurlu çıxış edə bilməyən təmsilçimiz Rumıniya klubu ilə matçda meydana yalnız qələbə üçün çıxacaq. Ağdam təmsilçisi hazırda aktivindəki 3 xalla turnir cədvəlində 33-cü sırada qərarlaşıb. Bu səbəbdən də sabahkı qarşılaşma bizim üçün olduqca vacib görüşdü. 

“Qarabağ”ın sabah ən böyük silahlarından biri azarkeş dəstəyi olmalıdır. Azərbaycanlı futbolsevərlər illərdi “köhlən atlar”ı heç bir önəmli oyunda yalnız buraxmayıb. “Qarabağ”ın bu günə qədər avrokuboklardakı uğurlarında fanatların da böyük rolu olub. Amma təəssüf ki, sabahkı oyuna maraq o qədər də yüksək deyil. Komandanın cari mövsüm uğursuz nəticələri azarkeşləri sanki küsdürüb. Nəticələr gözlənilməz olanda tamaşaçılar da həvəsdən düşür. Ancaq unutmayaq ki, hələ qarşıda “Qarabağ”ın iki oyunu var. Çətin olsa da, şanslar tükənməyib. Rumıniya klubuna qarşı əldə edəcəyimiz qələbə ümidlərimizi son tura qədər daşıyacaq. Bunun üçün də azarkeş dəstəyi mütləqdi.

Həmişə “Qarabağ”a dəstək olan, daima stadionları dolduran fanatlar sabah da öz yerlərində olmalıdı. Çünki komandamızın ən çox dəstəyə indi ehtiyacı var. Belə çətin bir gündə Azərbaycan futbolunu illərdi tək başına ayaqda saxlayan bir kluba küsmək, ona üz çevirmək olmaz. Əminik ki, sadiq azarkeşlər sabah Tofiq Bəhramov adına Respublika stadionunu dolduracaq və “Qarabağ”ın tarixlər yazdığı bu arenada daha bir qələbə qazanmasına təkan verəcəklər.

İdmanxeber.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 22 Yanvar 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri