Icma.az, futbolpress-az saytına istinadən bildirir. Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş sabah Latviyaya qarşı keçiriləcək yol
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi media nümayəndələri ilə görüşdə bunları deyib: – Toplanışın əvvəlindən bu günə qədər oyunçular
Dərk edirlər ki, mənim onlardan tələblərim nədir. Emin Mahmudovun da dediyi kimi, komanda yaxşı hazırlaşıb və matça köklənmişik.
Əlbəttə, bilirik, çətin oyun olacaq. Hər iki komanda qələbə üçün çalışacaq. Latviya yığmasının da yaxşı, keyfiyyətli oyunçuları var.
Bu günlər ərzində komandaya tapşırıqları, rəqib haqda məlumatları vermişəm. Düşünürəm ki, oyun haqda hamı kifayət qədər məlumatlıdır.
Əlimizdən gələnin ən yaxşısını meydanda göstərməyə çalışacağıq. – Heyəti dəqiqləşdirmisiniz?
Bu matçlar dünya çempionatının seçmə mərhələ oyunları üçün nə dərəcə heyəti müəyyləşdirməyə kömək olacaq?
– İndiki durumda diqqətimiz Latviya ilə matçdadır və heyətimiz buna uyğun olacaq. Hər komandanın oyun üslubu var.