Icma.az
close
up
RU
“Hamı çox istəklidir” Santuş

“Hamı çox istəklidir” Santuş

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş sabah Latviyaya qarşı keçiriləcək yoldaşlıq oyunundan öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi media nümayəndələri ilə görüşdə bunları deyib:

– Toplanışın əvvəlindən bu günə qədər oyunçular özlərini yaxşı göstərməyi bacarıblar. Dərk edirlər ki, mənim onlardan tələblərim nədir. Emin Mahmudovun da dediyi kimi, komanda yaxşı hazırlaşıb və matça köklənmişik. Əlbəttə, bilirik, çətin oyun olacaq. Hər iki komanda qələbə üçün çalışacaq. Latviya yığmasının da yaxşı, keyfiyyətli oyunçuları var. Bu günlər ərzində komandaya tapşırıqları, rəqib haqda məlumatları vermişəm. Düşünürəm ki, oyun haqda hamı kifayət qədər məlumatlıdır. Əlimizdən gələnin ən yaxşısını meydanda göstərməyə çalışacağıq.

– Heyəti dəqiqləşdirmisiniz? Bu matçlar dünya çempionatının seçmə mərhələ oyunları üçün nə dərəcə heyəti müəyyləşdirməyə kömək olacaq?
– İndiki durumda diqqətimiz Latviya ilə matçdadır və heyətimiz buna uyğun olacaq. Hər komandanın oyun üslubu var. İstər İslandiya, istər Ukrayna, istərsə də Fransa. Hər birinin öz oyun anlayışı var. Ümumi götürəndə, bu günə qədər milliyə 30-a yaxın futbolçu dəvət olunub. Bəzi dəyişikliklər olacaq, yeni futbolçular cəlb oluna bilər. Hər şey ola bilər.

– Mövsümün sonudur. Futbolçularda yorğunluq və psixoloji olaraq istirahət fikirləri var. Bunlar köklənməyə nə dərəcə təsir edəcək?
– Hamı çox istəklidir. Bəzi futbolçular bir məşqlə kifayətləniblər. Ümumi durum yaxşıdır. Kubokun finalından sonra milliyə qatılanlar çox məşq etməyib. Taktiki məşqlər üzərində çalışmışıq. Dünən bərpa məşqi keçdik. Bugünkü məşqlə də sabahkı oyuna hazırlaşacağıq. Oyunçuların yorğunluğu oyuna təsir etməməlidir. Latviya millisinin oyunçularının yerli liqalarda oyunları davam edir. Sabahkı oyun üçün uşaqlar çox motivasiyalıdır.

– Mahir Emreli klub axtarışındadır. Təcrübəli mütəxəssis kimi onunla hansısa söhbətiniz olubmu?
– Son toplanışda da Mahirlə danışmışam. O, son matçlarda özünü yaxşı göstərib və istəklidir. Onunla söhbətlərimiz olur. İndiki məqamda yaxşı komanda tapması vacibdir. O, yaxşı potensiala malikdir.

– Bədavi Hüseynov zədələndiyi üçün heyətdən çıxarıldı, amma yerinə kimsə dəvət olmadı. Onu əvəzləyəcək daha səviyyəli müdafiəçi olmadı?
– Həmin mövqeyə çox oyunçu çağırılıb. Ona görə kiminsə sonradan dəvət olunmasına ehtiyac görmədim.

– Kapitan və penalti vuran məlumdur?
– Emin start heyətdə yer alsa, kapitan da, penaltini vuran da o olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 06 İyun 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri