Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır.
Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s.
maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementinin çatışmazlığı uşağın inkişafına mənfi təsir edə bilər.
Digər tərəfdən hamiləlik zamanı vitamin və mikroelementlərin çatışmazlığı qadının səhhətinə də mənfi təsir edir.
Belə ki, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır.
Bu element ananın orqanizminə lazım olan miqdarlarda daxil olmadıqda, körpə deyil, ana əziyyət çəkir.
Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur.
Məhz bu səbəbdən hamiləlik zamanı lazım olan miqdarlarda kalsium almayan qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.