Icma.az
close
up
RU
Hamiləlik zamanı vitaminmineral komplekslərin qəbulu

Hamiləlik zamanı vitaminmineral komplekslərin qəbulu

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır.

Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır.

Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementinin çatışmazlığı uşağın inkişafına mənfi təsir edə bilər. Digər tərəfdən hamiləlik zamanı vitamin və mikroelementlərin çatışmazlığı qadının səhhətinə də mənfi təsir edir. Belə ki, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarlarda daxil olmadıqda, körpə deyil, ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən hamiləlik zamanı lazım olan miqdarlarda kalsium almayan qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.

Məhz bu sadaladığımız səbəblərə görə hamiləlik zamanı ginekoloqlar qadınlara hamilə qadınlar üçün nəzərdə tutulmuş xüsusi vitamin-mineral kompleksləri təyin edirlər. Belə komplekslər bir çox hallarda hətta hamiləliyə hazırlıq mərhələsində qadına təyin olunur.

Bəzən yaşlı nəsillərin nümayəndələrindən eşitmək olur ki, "biz vitaminləri içməmişik, amma uşaqlarımız sağlamdır", "lazım olan vitaminləri qidadan da almaq olur" və s.  Lakin bu heç də belə deyil. Bəli, kənd yerlərində yaşayan və təbii süd məhsulları, meyvə-tərəvəz, toyuq, ət və s. ilə qidalanan qadınlar onlara lazım olan vacib maddələri qidadan ala bilirlər. Lakin şəhər sakinlərinin əksər hissəsi vitamin və mineralların çatışmazlığından əziyyət çəkir. "Şəhər" süd məhsulları (dükanlarda satılan) uzun müddət ərzində saxlanılması üçün xüsusi emal olunur ki, bunun nəticəsində onların tərkibində olan bir çox faydalı maddələr itir. Satış üçün nəzərdə tutulmuş meyvə-tərəvəzlərin yetişdirilməsi zamanı bir çox hallarda kimyəvi maddələrdən istifadə olunur ki, bunun nəticəndə bu meyvə-tərəvəzlərin faydasını da azalır. Belə misalları çox çəkmək olur.

Bundan əlavə ilın soyuq fəsillərində meyvə-tərəvəz az olur və bu insanlarda "avitaminoz" adlandırdığımız vəziyyətə səbəb olur. Əgər ana avitaminozdan əziyyət çəkirsə, bu həm ananın, həm də körpənin sağlamlığı üçün heç də ziyansız deyil.

Beləliklə, belə bir nəticəyə gəlmək olur ki, vitamin-mineral komplekslərin qəbulu hamiləlik zamanı lazımdır və vacibdir. Belə komplekslərin sayı həddən artıq çoxdur. Lakin hər bir konkret halda belə kompleksi qadına yalnız ona nəzarət edən həkim-ginekoloq təyin edə bilər. Bəzən lazım olduqda qadınlara hər hansı vitaminlər və ya mikroelementlər kompleks şəklində deyil, ayrı təyin oluna bilər (məsələn, kalsium, dəmir preparatları, C,  E, B qrupu vitaminləri və s.).

Hamiləliyə hazırlıq mərhələsində və hamiləliyin 1-ci üçaylığında əsas vacib olan vitamin fol turşusudur (B9 vitamini). Alimlərin araşdırmalarına görə, hamiləlik zamanı bu vitaminin qəbulu döldə sinir borucuğunun (sonra bu borucuqdan beyin inkişaf edir) qüsurlarının qarşısını alır. Fol turşusu qidada çox az miqdarda olur. Məhz bu səbəbdən həkimlər hamiləliyə hazırlıq mərhələsindən başlayaraq və sonra bütün hamiləlik dövründə qadınlara mütləq şəkildə fol turşusunu təyin edirlər.

Hamiləliyin 1-ci trimestrində qadına həmçinin C vitamini də təyin oluna bilər. Bu xüsusilə ilin soyuq fəsillərində vacibdir. Ananın ilk üçaylığında virus xəstəliklərinə tutulması çox ağır fəsadlara səbəb ola bilər. C vitamini isə qadının immunitetini möhkəmləndirir, orqanizmin virus və soyuqdəymə xəstəliklərinə olan davamlılığını artırır. C vitamini həmçinin ciftin formalaşması və möhkəmləndirilməsi üçün də vacibdir. Ümumillikdə bu vitamin hamiləliyin ilk günündən sonuna kimi vitamin-mineral komplekslərin tərkibində hamilə qadınlara təyin olunur.

E vitamini də hamiləliyin əvvəlində qadına təyin oluna bilər. Bu vitamin dölün inkişafına təsir edir və həmçinin hamiləliyin pozulmasının riskini azaldır. Məhz bu səbəbdən belə risk yarandıqda qadınlara bir çox hallarda bu vitamini kapsul şəklində təyin edirlər.

Hamiləliyin əvvəlində yod preparatının qəbulu da olduqca vacib ola bilər. Yodun çatışmazlığı uşaqda qalxanvari vəzi xəstəliklərinə, əqli və fiziki inkişafının ləngiməsinə səbəb ola bilər. Bu yod mikroelementinə görə çatışmazlığı olan bölgələrdə (dağ rayonları və s.) yaşayan qadınlar üçün xüsusilə vacibdir.

Hamiləliyin 2-ci üçaylığında B qrupu vitaminlərinin qəbulu vacib olur. Bu vitamin qrupu həm ayrı, həm də vitamin-mineral kompleksi tərkibində qadına təyin oluna bilər.

Fol turşusunun qəbulu davam olunur. Ümumillikdə bu vitamini qadın hamiləliyə hazırlıq mərhələsində qəbul etməyə başlamalı və doğuşa kimi davam etməlidir.

Bir çox hallarda qadına Magne B6 kimi preparat təyin olunur. Bu preparat qadına sakitləşdirici təsir edir. Onun tərkibində olan maqnezium elementi uşağın sümüklərinin, sinir sisteminin inkişafına təsir edir.

Dəmir elementinin qəbulu hamiləliyin 2-ci üçaylığında vacib olur. Bu element qadında anemiyanın (qanazlığı) inkişafının qarşısını alır. Dəmir həm ayrı preparat kimi (sirop, kapsul və ya inyeksiya şəklində), həm də vitamin-mineral kompleksi tərkibində qadına təyin oluna bilər.

Kalsium elementinin qəbulu hamiləliyin 2-ci üçaylığında həm dölün, həm də ananın sağlamlığı üçün çox vacibdir. Bir çox hallarda qadına tərkibində kalsium-fosfor-D vitamini olan preparatlar təyin olunur.

A, C, E vitaminlərin, sink, marqans, yod kimi mikroelementlərin qəbulu hamiləliyin 2-ci üçaylığında çox vacibdir. Bu vitamin və mikroelementlər hamilə qadınlar üçün olan komplekslərin tərkibinə daxildir.

Hamiləliyin 3-cü üçaylığında kalsium elementi çox vacibdir. Uşağın skeleti 3-cü üçaylığında çox aktiv şəkildə böyüyür və inkişaf edir. Ananın orqanizmi normal miqdarlarda kalsium elementi almazsa, bu uşaqda doğulandan sonra raxitin inkişafına, anada isə dişlərin, saçların tökülməsinə, ayaqlarda qıcolmalara səbəb ola bilər.

Beləliklə, hamiləlik zamanı dölün normal inkişafı və ananın sağlamlığı üçün düzgün və sağlam qidalanmadan əlavə vitamin-mineral komplekslərin qəbulu da çox vacibdir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 05:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri