Hamiləlikdə niyə qeyri adi qidalara istək çoxalır? | Icma.az
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hamiləlik dövründə qadınların müəyyən qidalara qarşı güclü istək hiss etməsi – yəni aşermə, müxtəlif səbəblərlə izah olunur.
Mütəxəssislər bildirir ki, bu hal əsasən hormonal dəyişikliklər, qida tələbatı və emosional faktorlarla bağlıdır.
Ölkə.az xəbər verir ki, Yenisabah.az bu mövzunu araşdırıb: Araşdırmalara görə, hamiləlik zamanı estrogen və progesteron hormonlarının səviyyəsi yüksəlir.
Bu dəyişikliklər dad və qoxu hissiyatını gücləndirərək müəyyən qidalara qarşı həvəsin artmasına və ya bəzi məhsullara qarşı ikrah hissinin yaranmasına səbəb olur.
Eyni zamanda, aşermənin orqanizmin vitamin və mineral çatışmazlığını kompensasiya etmək istəyi ilə bağlı olduğu vurğulanır.
Məsələn, duzlu və turş qidalara marağın artması natrium çatışmazlığı ilə əlaqələndirilir.
Şokolad və şirniyyatlara meyl maqnezium və ya enerji ehtiyacını göstərə bilər.
Tam oxu
Xəbəri oxu