Hamiləliyin dövrləri | Icma.az
Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq. Hamiləliyin bütün dövrü 3 trimestrə bölünür.
1-ci trimestr hamiləliyin 12-ci həftəsində, 2-ci trimestr hamiləliyin 24-cü həftəsində, 3-cü trimestr isə hamiləliyin 40-cı həftəsində başa çatır.
1-ci trimestr. Mayalanmanın 7-ci günü (1-ci həftə) mayalanmış yumurta hüceyrəsi öz xovları vasitəsi ilə uşaqlığın selikli qişasına birləşir.
Yumurta hüceyrənin uşaqlığın selikli qişasına birləşdiyi yerdə ciftin (plasentanın) əmələ gəlməsi prosesi başlayır.
Hamiləliyin 5-ci həftəsindən etibarən ultrasəs müayinəsi zamanı dölün ürək döyünməsi aşkar edilir.
9-cu həftədə dölün bədəni, başı formalaşır, ətrafların, gözlərin, burun və ağızın rüşeymləri əmələ gəlir.
Döl kisəsində yerləşən dölün ətrafı dölyanı su ilə əhatə olunur. Hamiləliyin bu dövrü üçün tipik əlamət – tez baş verən yorğunluqdur.
Bu hal adətən hamiləliyin 14-20-ci həftəsində yox olur. Bu vəziyyətdən ən sadə çıxış yolu sadəcə olaraq çox yatmaqdır.
Tam oxu
Xəbəri oxu