Icma.az
close
up
RU
Hamiləliyin dövrləri

Hamiləliyin dövrləri

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Hamiləliyin bütün dövrü 3 trimestrə bölünür. 1-ci trimestr hamiləliyin 12-ci həftəsində, 2-ci trimestr hamiləliyin 24-cü həftəsində, 3-cü trimestr isə hamiləliyin 40-cı həftəsində başa çatır.

1-ci trimestr. Mayalanmanın 7-ci günü (1-ci həftə) mayalanmış yumurta hüceyrəsi öz xovları vasitəsi ilə uşaqlığın selikli qişasına birləşir. Yumurta hüceyrənin uşaqlığın selikli qişasına birləşdiyi yerdə ciftin (plasentanın) əmələ gəlməsi prosesi başlayır. Hamiləliyin 5-ci həftəsindən etibarən ultrasəs müayinəsi zamanı dölün ürək döyünməsi aşkar edilir. 9-cu həftədə dölün bədəni, başı formalaşır, ətrafların, gözlərin, burun və ağızın rüşeymləri əmələ gəlir. Döl kisəsində yerləşən dölün ətrafı dölyanı su ilə əhatə olunur. Hamiləliyin bu dövrü üçün tipik əlamət – tez baş verən yorğunluqdur. Bu hal adətən hamiləliyin 14-20-ci həftəsində yox olur. Bu vəziyyətdən ən sadə çıxış yolu sadəcə olaraq çox yatmaqdır.

Hamilə qadınlarda progesteronun artmasının digər nəticəsi tez-tez baş verən yüngül dərəcəli bayılmalar və qəbizlikdir. Qəbizliyin profilaktikası üçün qida rasionunuza çoxlu maye (gün ərzində 8 stəkan), meyvə-tərəvəz daxil etməli, yağlı, qızardılmış qidalardan isə imtina etməlisiniz. Gavalı şirəsi içmək, qara qavalı, əncir, ərik qurusu, kişmiş, bişmiş çuğundur salatı yemək, gəzinti, yüngül idman hərəkətləri qəbizlik vaxti çox kömək edir.

Qadınları bu dövrdə göbələk infeksiyaları və böyüməkdə olan uşaqlığın oturaq sinirinə təzyiqi nəticəsində omba nahiyyəsində əmələ gələn ağrılar da narahat edə bilər.

Hamiləliyin başlanğıcında çox hallarda qadınları ürəkbulanma və qusma narahat edir. İlk 3 ayda səhərlər ürək bulanmadan 60-80% qadınlar əziyyət çəkir. Yadda saxlamaq lazımdır ki, adətən səhərlər başlanan belə ürəkbulanmaları bir çox hallarda hamiləliyin ilk həftəsində sutkada 24 saat davam edə bilər. Şirə içməklə, turşməzə meyvələr yeməklə bunun qarşısını ala bilərsiniz. Ürəkbulanma dözülməzdirsə, həkimə müraciət edin. Onun yazdığı xüsusi müalicə kursu ürəkbulanmanın aradan qaldırılmasında sizə kömək etmiş olar.

2-ci trimestr. Cift tam formalaşır, dölün cinsi aydın şəkildə müəyyən edilir. Bu trimestrdə üz formalaşır, qol və ayaq hərəkətləri aktivləşir və 5-ci ayın sonunda ana tərəfindən dölün tərpənməsi hiss olunur. Döl bu zaman diri doğula bilər və tənəffüs hərəkətləri də edə bilir. Ancaq belə uşaqların adətən normal yaşamaq qabiliyyəti olmur.

16-cı həftədə (4 ay) ciftin inkişafı tamamlanır. Döl ciftə içərisindən damarlar keçən göbək vasitəsilə birləşir. Cift bir sıra vəzifələr yerinə yetirir:

- cift vasitəsilə inkişaf etməkdə olan dölün tənəffüsü, qidalanması təmin edilərək, mübadilə məhsullarının ananın qanı ilə xaric edilməsi həyata keçirilir;

- hamiləliyin bütün dövrü ciftin daxilində dölün inkişafı və formalaşmasına, eyni zamanda ananın öz orqanizminə də xeyli dərəcədə təsir edən hormonlar əmələ gəlir;

- cift baryer (maneə) rolunu da oynayaraq, inkişaf etməkdə olan dölün orqanizminə zərərli kimyəvi maddələrin, dərmanların və müxtəlif mikroorqanizmlərin daxil olmasına maneçilik törədir. Ancaq təəssüflər olsun ki, bir çox narkotik maddələr, alkoqol, nikotin və bəzi viruslar cift vasitəsilə nisbətən asanlıqla dölün bədəninə keçərək onun xəstələnməsinə səbəb olur;

- ananın doğuşa qədərki dövrlərdə keçirdiyi infeksion xəstəliklərə qarşı onun bədənində əmələ gələn anticisimlər cift vasitəsilə dölə keçərək, onu həmən xəstəliklərə yoluxmadan qorumuş olur.

Hamiləliyin ikinci yarısında dəmir defisitli anemiya (qanazlığı) baş verə bilər. Müalicə həkimi tərəfindən dəmir preparatları təyin edilməklə bu halın qarşısını almaq olar. Hamiləlik müddəti artdıqca qəbizlik güclənir. Böyüməkdə olan uşaqlıq yoğun bağırsağı sıxaraq onun funksiyasını çətinləşdirir. Bu zaman qidaya sıyıqlar, meyvə və tərəvəzlər daxil etmək çox vacibdir.

Təxminən bu dövrdə uşaqlıqdan cüzi miqdarda ağrısız, zəif iyli ifrazat gəlir. Hamiləliyin axırına yaxın bu ifrazat çoxalır. Bu hal hormonal fəaliyyətin aktivliyinin artması ilə əlaqədardır.

Qanda estrogenin artması organizmi daha artıq miqdarda mayeni özündə saxlamağa vadar edir. Çünki bu maye ciftin qidalanması və kifayət qədər süd əmələ gəlməsi üçün çox zəruridir. Bu da son nəticədə ayaqlar, əllər və bütün bədəndə şişkinliyin əmələ gəlməsinə səbəb olur. Bu səbəbdən şişkinlik olan dövrdə üzük taxmağınız məsləhət deyil.

Damarlarda dəyişikliklər bu dövr üçün xarakterik haldır. Bəzi qadınlarda bud nahiyəsindən başlayaraq ayaq barmaqlarına qədər dəridə hörümçək toru kimi qırmızı xətlər nəzərə çarpır. Bu, səthi varikozdur. Bir çox hallarda süd vəzilərində də belə damar torlarına rast gəlmək olur.

3-cü trimestr. 7-ci ayında (28 həftə) dölün bütün orqanları formalaşaraq fəaliyyətdə olurlar. Dölün dərialtı piy zəif, dəri qırışlı, ətraflarda dırnaqlar inkişaf etməmiş olur, oğlan uşaqlarında xayalar hələ ki, xaya kisəsinə enməmişlər. Dölün hərəkətliyi bir qədər azalaraq dalğavari xarakter alır. Bu zaman dölün xeyli hərəkətli dövrləri onun tam sakit dövrləri ilə əvəz olunur. Gün ərzində dölün hər 40 dəqiqəlik aktivlik dövründən sonra 20 dəqiqəlik yuxu dövrü başlayır. 28 həftəlikdə doğulan uşaq həyat qabiliyyətli olur. Ancaq vaxtından qabaq doğulduğu üçün yalnız ona çox diqqətli tibbi qulluq təşkil edildiyi halda sağ qala bilir. Doqquzuncu ayın sonunda yarımçıqlıq əlamətləri keçir və döl yetkin şəkildə doğula bilir.

Bəzi qadınlarda hamiləliyin sonunda təngnəfəslik də əmələ gəlir. Çünki böyüməkdə olan körpə anaya tam dolğun şəkildə nəfəs almağa mane olur. Doğuşa yaxın dölün kiçik çanaq boşluğuna enməsi ilə bu hal keçib gedir.

Bəzən hamiləliyin sonuna yaxın qadınlar çətin yuxuya gedir, bəzi hallarda isə onlarda yuxusuzluq baş verir.

Hamiləlik zamanı bir neçə kritik (təhlükəli) dövr ayırd edilir:

- hamiləliyin 2-3-cü həftəsi,

- hamiləliyin 8-12-ci həftəsi,

- hamiləliyin 18-22-ci həftəsi,

- hamiləliyin 28-32-ci həftəsi.

Bundan əlavə öncə edilmiş abort və ya özbaşına dölsalma tarixləri (orqanizm belə günləri çox dəqiq “yadda saxlayır”) kritik günlər hesab edilir. Belə kritik günlərdə qadınlar özlərini qorumalıdırlar: fiziki gərginliyə məruz qalmaq (idman etmək, mebelin yerini dəyişmək), cinsi əlaqəyə girmək, əsəbi gərginlik keçirmək qəti qadağandır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see636

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see530

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see294

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see266

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see263

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see259

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see256

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see250

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see247

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see210

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see195

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see191

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see182

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri