Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qadınlarda hamiləlik orta hesabla 9 təqvim (10 mama) ayı, başqa sözlə, 40 həftə (280 gün) davam edir.
Hamiləliyin başlanğıcı son menstruasiyanın (aybaşı) ilk günündən hesablanır.
Ancaq bu zaman ovulyasiyanın (mayalanmaya hazır olan yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı) günü dəqiq məlum olmadığı üçün bu üsulu da dəqiq hesab etmək olmaz.
Hamiləliyin başlanğıcı həmçinin dölün tərpənişinin ilk günündən hesablamaqla da müəyyən etmək olar.
Belə ki, bu təxminən 1-ci hamiləliyin 20-ci həftəsinə, təkrar hamiləliyin isə 18-ci həftəsinə təsadüf edir.
Hamiləlik qadın yumurta hüceyrəsinin kişi yumurta hüceyrəsi (spermatozoid) ilə uşaqlıq borusunda birləşməsindən - mayalanmadan başlayır.
Mayalanmış yumurta hüceyrəsi bölünməyə və uşaqlıq borusu ilə hərəkət etməyə başlayır və 7-8 gün ərzində uşaqlıq boşluğuna çatır.