Icma.az
close
up
RU
Hamiləliyin müddəti və əlamətləri

Hamiləliyin müddəti və əlamətləri

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qadınlarda hamiləlik orta hesabla 9 təqvim (10 mama) ayı, başqa sözlə, 40 həftə (280 gün) davam edir. Hamiləliyin başlanğıcı son menstruasiyanın (aybaşı) ilk günündən hesablanır.

Ancaq bu zaman ovulyasiyanın (mayalanmaya hazır olan yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı) günü dəqiq  məlum olmadığı üçün bu üsulu da dəqiq hesab etmək olmaz.

Hamiləliyin başlanğıcı həmçinin dölün tərpənişinin ilk günündən hesablamaqla da müəyyən etmək olar. Belə ki, bu təxminən 1-ci hamiləliyin 20-ci həftəsinə, təkrar hamiləliyin isə 18-ci həftəsinə təsadüf edir.

Hamiləlik qadın yumurta hüceyrəsinin kişi yumurta hüceyrəsi (spermatozoid) ilə uşaqlıq borusunda birləşməsindən - mayalanmadan başlayır. Mayalanmış yumurta hüceyrəsi bölünməyə və uşaqlıq borusu ilə hərəkət etməyə başlayır və 7-8 gün ərzində uşaqlıq boşluğuna çatır. Bölünmə yolu ilə artan və “blastomer” adlanan hüceyrələr kompleksi ifraz etdikləri fermentlərin təsiri ilə uşaqlığın selikli qişasını əridərək oraya implantasiya olurlar (birləşirlər). Əgər mayalanmış yumurta hüceyrəsi uşaqlığa deyil başqa yerə (uşaqlıq borusu, yumurtalıq və ya qarın boşluğuna) implantasiya edirsə, bu zaman patoloji hal sayılan uşaqlıqdankənar hamiləlik baş verir ki, bu da mütləq cərrahi müdaxilə tələb edir.

Hamiləliyin güman edilən və ehtimal olunan əlamətləri ayırd edilir.

Hamiləliyin güman edilən əlamətləri:

- süd vəzilərinin ölçüsünün boyüməsi, hissiyyatlığının artması və yüngülcə ağrıması;

- süd vəziləri üzərində olan damarlar daha nəzərəçarpan ola bilər;

- ümumi zəiflik, başgicəllənmə, halsızlıq;

- uşaqlıq yolundan ifrazatın artması;

- iştahanın dəyişməsi, kəskin qidalara, qeyri-adi maddələrə  (gil, təbaşir və s.) meyllilik;

- səhərlər ürəkbulanma və qusma;

- qoxu hissiyyatının dəyişməsi (müxtəlif ətirlər və tütün tüstüsü kimi kəskin iylərə qarşı ikrah hissinin yaranması);

- əsəbilik, yuxululuq, əhvalın qeyri-stabilliyi;

- sidik ifrazının tezləşməsi.

Hamiləliyin ehtimal olunan əlaməti - menstruasiyaların kəsilməsi. Bu həmçinin stress və ya digər xəstəliklərlə də əlaqədar ola  bilər.

Hamiləlik mama-ginekoloq tərəfindən dölün tərpənməsi və onun ürək döyünməsi əlamətləri müəyyən edildikdən sonra mübahisəsiz olaraq təsdiq olunur. Ancaq bu əlamətlər hamiləliyin kifayət qədər daha gec dövrlərində həkim müayinəsi zamanı müəyyən edilir.

Hormonal testlər hamiləliyi 5-ci həftəsindən etibarən müəyyən etməyə imkan verir. Bu test döl hüceyrəsinin uşaqlığın selikli qişasına birləşməsinə xidmət edən xovlarının ifraz etdiyi qonodotrop hormonun müəyyən edilməsinə əsaslanır. Bu, hormon sidiklə ifraz olunduğu üçün hamiləlik testi məhz sidiyin müayinəsi ilə aparılır. Testlər apteklərdə satılır və ancaq təlimatda göstərilənlərə 100% əməl edildikdə dəqiq nəticə verir.

Tibbi müəssisələrdə aparılan qanın xüsusi müayinəsi ilə 1-2 həftəlik hamiləliyi müəyyən etmək olar.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Noyabr 2024 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see391

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see366

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see341

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see261

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see256

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see246

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see236

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see193

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see187

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see169

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see166

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see162

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see161

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see161

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see160

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see157

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see155

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see150

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri