“Hamımız cəzalandırılmalıyıq, tək mən yox” Santuş | Icma.az
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya məğlubiyyətdən (0:5) sonra jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az Reykyavikdən xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü: – İlk hissədə komanda yaxşı müdafiə olundu.
Düzdür, top daha çox rəqibdə idi, amma ilk yarıda arxa xətdə yaxşı idik. Çalışırdıq ki, müdafiə olunaraq əks-hücumlara çıxaq.
Çətinlik yaradırdıq, standart vəziyyətlərdən istifadə etməyə çalışırdıq. İlk yarının sonlarında qol buraxdıq.
İkinci hissə başlayan kimi ikinci topu qapımızda gördük. Fasilədə oyunçularıma tapşırdım ki, sakitləşsinlər, tələsməsinlər.
2-ci qolu buraxdıqdan sonra komanda aşağı düşdü. Dəyişliklər etdim ki, futbolçular buna reaksiya versin, amma olmadı”.
– Bilmirsiz, İslandiyadan Portuqaliyaya birbaşa uçuş var? – Bilmirəm. – Karyeranızda heç istefa vermisiz? Bunun üçün nə lazımdır? – Xeyr.
Tam oxu
Xəbəri oxu