Icma.az
close
up
RU
“Hamımız cəzalandırılmalıyıq, tək mən yox” Santuş

“Hamımız cəzalandırılmalıyıq, tək mən yox” Santuş

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya məğlubiyyətdən (0:5) sonra jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az Reykyavikdən xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– İlk hissədə komanda yaxşı müdafiə olundu. Düzdür, top daha çox rəqibdə idi, amma ilk yarıda arxa xətdə yaxşı idik. Çalışırdıq ki, müdafiə olunaraq əks-hücumlara çıxaq. Çətinlik yaradırdıq, standart vəziyyətlərdən istifadə etməyə çalışırdıq. İlk yarının sonlarında qol buraxdıq. İkinci hissə başlayan kimi ikinci topu qapımızda gördük. Fasilədə oyunçularıma tapşırdım ki, sakitləşsinlər, tələsməsinlər. 2-ci qolu buraxdıqdan sonra komanda aşağı düşdü. Dəyişliklər etdim ki, futbolçular buna reaksiya versin, amma olmadı”.

– Bilmirsiz, İslandiyadan Portuqaliyaya birbaşa uçuş var?
– Bilmirəm.

– Karyeranızda heç istefa vermisiz? Bunun üçün nə lazımdır?
– Xeyr.

– Səbəb nədir?
– Müqaviləm var.

– Xahiş edirəm şəxsi qəbul etməyin, rüsvay olan azərbaycanlı, rüsvay baş məşqçiyə sual verir. Siz gələndə Millətlər Liqasında C divizionunda idik. Gəldiz, bizi D divizionuna saldız. Bu gün qrupdakı ən zəif komandaya 0:5 hesabı ilə uduzuruq. Meydana sonradan daxil olan futbolçuların 5-dən 3-ü müdafiəçi idi. Futbolda analoqu olmayan əvəzetmələr etdiz. Başa düşdüm ki, sizin istefa vermək fikriniz yoxdur. Mütləq ki, sizə təzminat verib yola salsınlar? Karyeranızda kifayət qədər pul qazanmısız. Bəs özünüzə hörmətiniz? Özünüzə hörmətiniz yoxdur?
– Az öncə dediyim kimi, müqaviləm var. Ona uyğun iş görürəm. İstəyirəm ki, əlimdən gələni edim.

– Həm start heyətdə səhv etdiz, həm də gedişatı dəyişə bilmədiz. Etiraf edirsiz ki, səbəbkar sizsiz?
– Qolu ilk hissənin sonunda buraxdıq. Çalışdım ki, taktikanı dəyişim, 4-3-3-ə keçim. Amma futbolçular ruhdan düşmüşdülər. Bu, tək mənim günahım deyil, hamının məsuliyyətidir.

– Artıq nüfuzunuzdan heç nə qalmayıb. Hara qədər davam etməyi düşünürsüz?
– Bu, AFFA-nın qərarıdır. İstəsələr danışarıq, həll edərik.

– Hamı düşünür ki, ən aciz milli budur. Bu sizə necə hiss etdirir?
– Mən bunu qəbul etmirəm. Demirəm ki, yaxşı oynadıq. Mən və futbolçular birlikdə məsuliyyət daşıyırıq.

– Əgər İslandiyaya 0:5 hesabı ilə uduzuruqsa, Fransa və Ukrayna necə olacaq?
– Ümid edirəm ki, birlikdə daha yaxşı çıxış edərik. Hamımız cəzalandırılmalıyıq, tək mən yox. Futbolda ən asan iş baş məşqçini cəzalandırmaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 06 Sentyabr 2025 01:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri