Hamımız inanırıq ki, Mudrik günahsızdır | Icma.az
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Çelsi"nin baş məşqçisi Enzo Mareska diskvalifikasiya təhlükəsi ilə üz-üzə olan fut
QOL.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, o deyib: "Hamımız inanırıq ki, Mudrik günahsızdır.
Düşünmürəm, Mişanın "Çelsi"dəki karyerası başa çatıb. Əlbəttə ki, o, geri qayıdacaq.
Hazırda yeganə şübhəmiz onunla bağlıdır ki, onun nə zaman qayıdacağını bilmirik. Amma əminəm ki, geri qayıdacaq".
Xatırladaq ki, daha öncə Mixail Mudrikin dopinq testi müsbət nəticələndiyinə görə İngiltərə Futbol Assosiasiyası 23 yaşlı ukraynalı yarımmüdafiəçini müvəqqəti olaraq futboldan kənarlaşdırıb.
Son testin nəticəsinə əsasən, futbolçu haqda yekun qərar veriləcək.
Ukrayna mətbuatında Mudrikin 4 il müddətinə futboldan uzaqlaşdırılacağı haqda məlumatlar yayılıb.
Qeyd edək ki, Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanın rəqibidir. Mudrik isə millinin aparıcı üzvlərindən biridir.
Tam oxu
Xəbəri oxu