Hamımız inanırıq ki, Mudrik günahsızdır
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Çelsi"nin baş məşqçisi Enzo Mareska diskvalifikasiya təhlükəsi ilə üz-üzə olan futbolçusu Mixail Mudrikdən danışıb.
QOL.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, o deyib:
"Hamımız inanırıq ki, Mudrik günahsızdır. Düşünmürəm, Mişanın "Çelsi"dəki karyerası başa çatıb. Əlbəttə ki, o, geri qayıdacaq. Hazırda yeganə şübhəmiz onunla bağlıdır ki, onun nə zaman qayıdacağını bilmirik. Amma əminəm ki, geri qayıdacaq".
Xatırladaq ki, daha öncə Mixail Mudrikin dopinq testi müsbət nəticələndiyinə görə İngiltərə Futbol Assosiasiyası 23 yaşlı ukraynalı yarımmüdafiəçini müvəqqəti olaraq futboldan kənarlaşdırıb. Son testin nəticəsinə əsasən, futbolçu haqda yekun qərar veriləcək. Ukrayna mətbuatında Mudrikin 4 il müddətinə futboldan uzaqlaşdırılacağı haqda məlumatlar yayılıb.
Qeyd edək ki, Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanın rəqibidir. Mudrik isə millinin aparıcı üzvlərindən biridir. Bu isə o deməkdir ki, Ukrayna yığması Azərbaycan və digər rəqibləri ilə görüşdə Murdikin xidmətindən məhrum olmaq təhlükəsi ilə üz-üzədir.
Baxış sayı:125
Bu xəbər 18 Dekabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















