Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ağaclar həyatı nurlandıran çıraqdır “Hər kəsin bir ulduzu var” – deyirlər. Bəs hər kəsin ağacı necə?
Ehtimal ki, bu suala müsbət cavab verənlər çox olacaq. Çünki bizim həyatımız bu və ya digər şəkildə ağaclarla bağlıdır.
Xüsusilə kənddə doğulanlar ağacların həyatımızda necə əhəmiyyətli bir rol oynadığını təsdiq edə bilərlər.
Kənd uşaqlarının çoxunun beşiyi ağacın altında qurulub, yüyrüyü ağacdan asılıb. Ağacdan asılan yelləncəklərdə yellənə-yellənə böyümüşük.
Ağac elə təkcə meyvəsi ilə qidalanmaq, kölgəsində dincəlmək üçün deyil ki?...
Ağac ev üçün ən yaxşı tikinti materalıdır, döşəmə, sürahi, pilləkən ağac materiallarla inşa edilir.
Ağac odun-ocaqdı, qışda cırtacırtla yanan odun sobasından gözəl nə ola bilər?