Icma.az
close
up
RU
Hamımızın yaşıl dünyası

Hamımızın yaşıl dünyası

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağaclar həyatı nurlandıran çıraqdır

“Hər kəsin bir ulduzu var” – deyirlər. Bəs hər kəsin ağacı necə? Ehtimal ki, bu suala müsbət cavab verənlər çox olacaq. Çünki bizim həyatımız bu və ya digər şəkildə ağaclarla bağlıdır. Xüsusilə kənddə doğulanlar ağacların həyatımızda necə əhəmiyyətli bir rol oynadığını təsdiq edə bilərlər. Kənd uşaqlarının çoxunun beşiyi ağacın altında qurulub, yüyrüyü ağacdan asılıb. Ağacdan asılan yelləncəklərdə yellənə-yellənə böyümüşük.

Ağac elə təkcə meyvəsi ilə qidalanmaq, kölgəsində dincəlmək üçün deyil ki?... Ağac ev üçün ən yaxşı tikinti materalıdır, döşəmə, sürahi, pilləkən ağac materiallarla inşa edilir. Ağac odun-ocaqdı, qışda cırtacırtla yanan odun sobasından gözəl nə ola bilər? Ağac beşikdə böyüdüyümüz kimi qocalanda da ağac tabuta girib dünyadan köçürük. Deməli, doğulandan son mənzilə qədər ağac bizim yol yoldaşımız, dostumuz, sirdaşımızdır. Bəlkə də elə buna görə dünyadan nakam gedən şair Akif Səməd məşhur şeirlərindən birində “Ağac yaxın, daş doğmadı, Adamdan Akif Səmədə” deyirdi.

Elə sənət adamı, elə yazıçı və şair var ki, onun adını çəkəndə hansısa bir ağac xatırlanır. Məsələn, rus şairi Sergey Yesenin adını çəkəndə ağcaqayın, Rəsul Rza və Nəbi Xəzrinin adının çəkilməsi çinar, Toğrul Nərimanbəyovun adı nar ağacını, aşıq Şakir Hacıyevin adı nar çiçəyini yada salır. Rəsul Rzanın çinar ağacına yazdığı şeirlərdən başqa digər şeirlərində də çinar ağacının adı tez-tez çəkilir:

Demirəm Göyçayda basdırın məni,
Ancaq ki, riyakar gözlərdən uzaq
Aparın bir çayda basdırın məni.
...Yaşıl saçlarını sulara sallayan
Salxım söyüdlər ağlasın...

Çinar elə bir ağacdır ki, onu bir çox yazıçılar böyük məhəbbətlə vəsf ediblər. Mərhum Xalq yazıçısı Sabir Əhmədov da doğma Cəbrayıldakı nəhəng çinarı tez-tez xatırlayırdı. Kənd həyatını ustalıqla təsvir edən yazıçının əsərlərində kəhrizin üstündəki tut ağaçı da tez-tez yad edilir.

Dramaturq kimi ədəbiyyatımıza əvəzsiz xidmətlər göstərən İlyas Əfəndiyevin yaradıcılığında təbiət əsas yerlərdən birini tutur. Onun məşhur “Söyüdlü arx” romanını xatırlamaq kifayətdir.

Məğrur və dözümlü palıd ağacı yazıçı İsi Məlikzadəyə çox doğmadır. “Dədə palıd” romanının müəllifinin digər əsərləri də bunu sübut edir. Təbiət mövzusu Xalq şairi Məmməd Arazın da yaradıcılığından qırmızı xətlə keçir. Şeirlərində müxtəlif ağacların adını çəkən və onlara çox gözəl poetik dəyər verən Musa Yaqub üçün də təbiət çox doğmadır. Həyətində dağdağan ağacı bitən şairin şeirlərində həmin ağaca həsr edilmiş xeyli şeir var. “Yenə o bağ olaydı...” şeiri Mikayıl Müşfiq üşün üzüm tənəyini doğma hesab etməyə əasas verir.

Şair Ramiz Rövşənin yaradıcılığı üçün kötüyü simvol kimi qəbul etmək olar:

Başı kəsik gözəl kötük,
sızldama, göynəmə,
Nə baltalar, nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da, qəm yemə,
Sən yıxılan ucalıqlar qalacaq...

Əlbəttə, nəinki şair və yazıçılar üçün, bəlkə də hər kəs üşün doğma olan hansısa ağac var. Onu bizə doğmalaşdıran yolumuzun üstündə bitməyi, ətrafında böyüməyimiz, xasiyyətimizdəki müəyyən uyğunluqlar, bənzəyişlər və s. ola bilər. Bizə doğma olan ağacları əzizləməyə və sevməyə dəyər...

Süleyman QARADAĞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyun 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri