Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq. Bir neçə il əvvəl pambıq haqqında perspektivli sahə kimi danışılırdı.
Ölkə az qala səfərbər olunmuşdu, otlaq sahələri belə, bu istiqamətə yönəldilmişdi. Guya pambıq sayəsində ölkəyə böyük pullar gələcəkdi.
Amma zamanla nə qədər yanlış düşüncə olduğu üzə çıxdı. Pambıq cəlbedici ixrac məhsulu obrazını itirdi.Bizimyol.info xəbər verir ki, bu il pa
2024-cü illə müqayisədə təxminən 17 milyon dollar azalma var. Daha əvvəlki illərə baxanda isə aşkar geriləmə müşahidə edilir.
Məsələn, 2023-cü ildə pambıq mahlıcı ixracı ölkəyə 143,4 milyon dollar gətirmişdi.
Elə 2022-ci ildə də göstərici indikindən yüksək olmuşdu.İnsafən, bəzi sahələr özünü doğruldub. Qızıl ixracından gəlir üç dəfədən çox artıb.
Pomidor ixracında müəyyən irəliləyiş var. Keçən illə müqayisədə karbamid və meşə fındığı da xaricə daha çox satılıb.
Pambıq isə geriləməkdə davam edir.Bəlkə, bunu əvvəllər də yazmışdıq, heyvandarlıq pambıqçılığa qurban verildi.