Icma.az
close
up
RU
Hamını bəzər, özü ... Yanlış hesablanmış pambıq siyasəti ətin qiymətini qaldırdı, indi özü iflasa uğrayır

Hamını bəzər, özü ... Yanlış hesablanmış pambıq siyasəti ətin qiymətini qaldırdı, indi özü iflasa uğrayır

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Bir neçə il əvvəl pambıq haqqında perspektivli sahə kimi danışılırdı. Ölkə az qala səfərbər olunmuşdu, otlaq sahələri belə, bu istiqamətə yönəldilmişdi. Guya pambıq sayəsində ölkəyə böyük pullar gələcəkdi. Amma zamanla nə qədər yanlış düşüncə olduğu üzə çıxdı. Pambıq cəlbedici ixrac məhsulu obrazını itirdi.

Bizimyol.info xəbər verir ki, bu il pambıq ixracından 61,6 milyon dollar gəlir əldə edilib. 2024-cü illə müqayisədə təxminən 17 milyon dollar azalma var. Daha əvvəlki illərə baxanda isə aşkar geriləmə müşahidə edilir. Məsələn, 2023-cü ildə pambıq mahlıcı ixracı ölkəyə 143,4 milyon dollar gətirmişdi. Elə 2022-ci ildə də göstərici indikindən yüksək olmuşdu.

İnsafən, bəzi sahələr özünü doğruldub. Qızıl ixracından gəlir üç dəfədən çox artıb. Pomidor ixracında müəyyən irəliləyiş var. Keçən illə müqayisədə karbamid və meşə fındığı da xaricə daha çox satılıb. Pambıq isə geriləməkdə davam edir.

Bəlkə, bunu əvvəllər də yazmışdıq, heyvandarlıq pambıqçılığa qurban verildi. Məhz pambıq siyasəti son illər ət qiymətlərini kəskin artırdı. 2017-ci ildə pambıq istehsalına dair dövlət proqramı qəbul ediləndən sonra örüş yerlərinə toy tutulmağa başlandı. Əkin sahələrinə bir-birinin ardınca pambıq təyinatı qoyuldu.

Pambıq istehsalına dair dövlət proqramının müddəti başa çatıb. Hiss olunur ki, rəsmi qurumlar da bu sahədən əlini üzüb. Əvvəldən hər hansı konsepsiya gözə dəymirdi. Hadisələrin belə axar alacağını proqnozlaşdırmaq çətin deyildi. Amma bir neçə il israrla bu istiqaməti prioritet sahə kimi fərqləndirdilər. Örüş yerlərinin başına oyun açıldı. Heyvandarlıq ağır zərbə aldı. İndi də həmin dövrün fəsadlarını yaşayırıq.

Ölkədə kənd təsərrüfatına lazımi diqqət ayrılsa, kəndliyə, fermerə şərait yaradılsa, su təsərrüfatında işlər qaydasına salınsa, iqtisadiyyat əməlli-başlı canlanar. Görüntü xatirinə hansısa sahəyə plansız, konsepsiyasız güc vermək yalnız zərər gətirər.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 İyun 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri