Icma.az bildirir, Lent az portalına istinadən. Xurmanın qlisemik indeksi daha aşağıdır, buna görə də qan şəkərinin səviyyəsini tənzimləmək b
Həm əncir, həm də xurma sağlamlıq üçün faydalıdır. Lent.az xurma və əncirin faydalarını təqdim edir: Əncir və xurma şəkər, lif və vacib qida
Lakin bu iki məhsulu müqayisə edərkən əsas fərq məhz lifin miqdarıdır 100 qramda əncirdə təxminən 10 qram, xurmada isə 8 qram lif var.
Əncir həm həll olunan, həm də həll olunmayan lif növlərini ehtiva edir və bunlar həzmi müxtəlif şəkildə dəstəkləyir.
Araşdırmalar göstərir ki: həll olunmayan lif bağırsaq həcmini artırır və qidanın həzm traktında daha effektli hərəkətinə kömək edir, həll olunan lif isə faydalı bağırsaq bakteriyalarını qidalandırır və qısazəncirli yağ turşuları istehsalını artırır bunun bütün orqanizm üçün iltihabəleyhinə təsiri var.Xurma qan şəkəri üçün daha faydalı ola bilər 100 qram əncirdə təxminən 64 qram karbohidrat bunun 48 qramı təbii şəkərdir.
Xurmada isə karbohidrat daha çoxdur 75 qram, bunun təxminən 63 qramı şəkərdir.
Bununla belə, şəkərin daha yüksək olmasına baxmayaraq, xurmanın glisemik indeksi adətən aşağı və ya orta səviyyədədir yetişmədən və sortdan asılı olaraq təxminən 35-55.
Sağlam insanlar və 2-ci tip diabetli şəxslər arasında aparılan araşdırmalar göstərib ki, xurma yeməkdən sonra qanda qlükozanın kəskin artışına səbəb olmur.