Hansi Flik çempionluq mükafatını “Barselona”nın əməkdaşlarına payladı

29.11.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik ötən mövsüm ölkə çempionluğuna görə aldığı pul mükafatını Kataloniya klubunun əməkdaşları ilə bölüşmək qərarına gəlib.

İdman.Biz “Catalunya Radio”ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis aldığı vəsaiti aşpazlar, mətbuat xidmətinin nümayəndələri və klubun digər əməkdaşları da daxil olmaqla 35 nəfər arasında bölüşdürüb.

Maraqlıdır ki, Flik hər bir əməkdaşın ona çatacaq məbləği aldığından əmin olmaq üçün şəxsən “Barselona”nın maliyyə şöbəsi ilə əlaqə saxlayıb.

Almaniyalı mütəxəssisə çempionluğa görə verilən mükafatın məbləği açıqlanmır.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью