Hansi Flik çempionluq mükafatını “Barselona”nın əməkdaşlarına payladı
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik ötən mövsüm ölkə çempionluğuna görə aldığı pul mükafatını Kataloniya klubunun əməkdaşları ilə bölüşmək qərarına gəlib.
İdman.Biz “Catalunya Radio”ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis aldığı vəsaiti aşpazlar, mətbuat xidmətinin nümayəndələri və klubun digər əməkdaşları da daxil olmaqla 35 nəfər arasında bölüşdürüb.
Maraqlıdır ki, Flik hər bir əməkdaşın ona çatacaq məbləği aldığından əmin olmaq üçün şəxsən “Barselona”nın maliyyə şöbəsi ilə əlaqə saxlayıb.
Almaniyalı mütəxəssisə çempionluğa görə verilən mükafatın məbləği açıqlanmır.
Bu mövzuda digər xəbərlər:Hansi Flik “Barselona”da qalır
01 May 2026 13:22
Hansi Flik: “Barselona” məni tamamilə dəyişdi”
20 Oktyabr 2025 19:49
“Barselona”nın Flik seçiminin SƏBƏBİ
19 Aprel 2026 13:41
Flik “Barselona”nın kapitanlarını açıqladı
05 Sentyabr 2026 18:02
Hansi Flik məşqə gecikən Barselona futbolçularına qəzəblənib
30 Aprel 2025 10:31
Baxış sayı:57
Bu xəbər 29 Noyabr 2026 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















