Hansı müəllimlərin maaşı artacaq?

11.11.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

2027-ci ilin dövlət büdcəsində təhsil sahəsinin inkişafı, təhsilin keyfiyyətinin artırılması və əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması üçün vəsait ayrılması nəzərdə tutulub.

Milli.Az unikal-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov parlamentin dörd komitəsinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Vitse-spiker bildirib ki, qarşıdakı ildə əsas prioritetlər sırasında uşaqların məktəbəqədər təhsilə daha geniş cəlb olunması və peşə təhsilinin inkişafı yer alır.

O qeyd edib ki, sertifikatlaşdırmada uğur qazanan müəllimlərin əməkhaqlarına əlavələrin ödənilməsi üçün 286,4 milyon manat vəsaitin ayrılması müəllim əməyinin stimullaşdırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью