Hansı müəllimlərin maaşı artacaq?
Icma.az, Milli.az saytına istinadən bildirir.
2027-ci ilin dövlət büdcəsində təhsil sahəsinin inkişafı, təhsilin keyfiyyətinin artırılması və əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması üçün vəsait ayrılması nəzərdə tutulub.
Milli.Az unikal-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov parlamentin dörd komitəsinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Vitse-spiker bildirib ki, qarşıdakı ildə əsas prioritetlər sırasında uşaqların məktəbəqədər təhsilə daha geniş cəlb olunması və peşə təhsilinin inkişafı yer alır.
O qeyd edib ki, sertifikatlaşdırmada uğur qazanan müəllimlərin əməkhaqlarına əlavələrin ödənilməsi üçün 286,4 milyon manat vəsaitin ayrılması müəllim əməyinin stimullaşdırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:38
Bu xəbər 11 Noyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















