Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya ilə Ukrayna arasında may ayına qədər sülh əldə olunması ehtimalı yüksəkdir və burada Ankara da rol alacaqAnkarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilib.
Zelenskinin Türkiyə səfərini dəyərləndirən ekspertlər hesab edir ki, bu səfər ABŞ və Rusiya rəsmilərinin Səudiyyə Ərəbistanında Kiyevin iştirakı olmadan yüksək səviyyəli danışıqlara hazırlaşdığı bir vaxtda baş tutub və Zelenski Ukraynanın iştirak etmədiyi görüşü və bu görüşdən çıxacaq hər hansı bir nəticəni qəbul etməyəcəyini bildirib.
Qeyd olunduğu kimi, Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqları fonunda Volodimir Zelenskinin Türkiyəyə R.T.Ərdoğanla görüşə getməsi ABŞ-Rusiya danışıqlarının nəticəsinin nə olmasından asılı olmayaraq nəticənin Ukrayna üçün məqbul olmayacağı mesajını verir.
Daha doğrusu, Ukraynanın bu görüşdən gözləntilərinin olmadığı anlamına gəlir.
Türkiyəyə səfərin mahiyyəti isə danışıqlar masasından kənarda qalan Avropanın yerinə Türkiyənin danışıqlara qatılmasının Ukrayna üçün daha səmərəli olacağını hesab edilməsidir.
Zelenski R.T.Ərdoğanın danışıqlarda Ukraynanın maraqlarını qorumaq üçün təsir edə biləcəyini yaxşı başa düşür. Bu səfər də buna hesablanıb.
Siyasi ekspert Zəfər Əliyev “Sherg.az”a açıqlamasında deyib ki, siyasi müstəvidə hansı ölkə çətin vəziyyətə düşürsə, Türkiyənin qapısını döyür.