Icma.az
close
up
RU
Hansı ölkə çətin vəziyyətə düşürsə, Türkiyənin qapısını döyür RƏY

Hansı ölkə çətin vəziyyətə düşürsə, Türkiyənin qapısını döyür RƏY

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya ilə Ukrayna arasında may ayına qədər sülh əldə olunması ehtimalı yüksəkdir və burada Ankara da rol alacaq


Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilib. Zelenskinin Türkiyə səfərini dəyərləndirən ekspertlər hesab edir ki, bu səfər ABŞ və Rusiya rəsmilərinin Səudiyyə Ərəbistanında Kiyevin iştirakı olmadan yüksək səviyyəli danışıqlara hazırlaşdığı bir vaxtda baş tutub və Zelenski Ukraynanın iştirak etmədiyi görüşü və bu görüşdən çıxacaq hər hansı bir nəticəni qəbul etməyəcəyini bildirib. 

Qeyd olunduğu kimi, Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqları fonunda Volodimir Zelenskinin Türkiyəyə R.T.Ərdoğanla görüşə getməsi ABŞ-Rusiya danışıqlarının nəticəsinin nə olmasından asılı olmayaraq nəticənin Ukrayna üçün məqbul olmayacağı mesajını verir. Daha doğrusu, Ukraynanın bu görüşdən gözləntilərinin olmadığı anlamına gəlir. Türkiyəyə səfərin mahiyyəti isə danışıqlar masasından kənarda qalan Avropanın yerinə Türkiyənin danışıqlara qatılmasının Ukrayna üçün daha səmərəli olacağını hesab edilməsidir. Zelenski R.T.Ərdoğanın danışıqlarda Ukraynanın maraqlarını qorumaq üçün təsir edə biləcəyini yaxşı başa düşür. Bu səfər də buna hesablanıb. 


Siyasi ekspert Zəfər Əliyev  “Sherg.az”a açıqlamasında deyib ki, siyasi müstəvidə hansı ölkə çətin vəziyyətə düşürsə, Türkiyənin qapısını döyür. Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ-dən gözlədiyi dəstəyi ala bilməyəcəyini anlayaraq Türkiyəyə səfər edib: 

“O görür ki, Tramp administrasiyası Rusiya ilə münasibətləri normallaşdırmaq üçün hər cür sülh variantına açıqdır. Bu isə Ukraynanın maraqlarına uyğun deyil. Əgər məsələyə Türkiyə də daxil olarsa, Trampın söz verdiyi sülhü o yox, məhz Ərdoğan reallaşdıracaq. Türkiyə dövləti Livan və Suriya böhranlarından sonra Ukrayna münaqişəsinin həllində də həlledici rol oynaya bilər mi? Bunu zaman göstərəcək. Mövcud siyasi dinamikanı nəzərə alsaq, Rusiya ilə Ukrayna arasında may ayına qədər sülh əldə olunması ehtimalı yüksəkdir və burada Türkiyənin vasitəçi rolunun önəmli olacağı görünür. Ümumiyyətlə, qarşıdakı 5-10 il ərzində Türkiyənin qlobal siyasətdə təsir gücünün daha da artacağını və "dünyanın hegemon gücləri" arasında yer alacağını düşünürəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Fevral 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri