Hansı peşədə çalışanlar daha xoşbəxtdirlər? | Icma.az
Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Günümüzdə insanların əksəriyyəti günün böyük hissəsini iş yerində keçirir. Lakin bütün işlər eyni dərəcədə rahat və motivasiyaedici deyil.
Xoşbəxtlik səviyyəsi işin tipi, əmək şəraiti, rəhbərlik münasibəti və insanın öz dəyərlərini bu mühitdə nə dərəcədə ifadə edə bilməsi ilə sıx bağlıdır.
Missiya.Az bununla bağlı araşdırma aparıb.Aparılan araşdırmalar göstərir ki, bəzi sahələrdə çalışanlar digər peşə sahiblərinə nisbətən daha çox stress, narazılıq və emosional yorğunluq yaşayırlar.
Ən çox narazılıq müşahidə olunan sahələrdən biri müştəri xidməti və satış sahəsidir.
Bu işlərdə çalışan insanlar hər gün çoxsaylı insanlarla ünsiyyətdə olur, eyni zamanda mənfi emosiyalara məruz qalırlar.
Qəzəbli müştərilərlə qarşılaşmaq, sıx iş qrafiki, az təşəkkür almaq və emosional yüklənmə onları tükəndirir.
Ofis mühitində çalışan bir çox insanlar da uzun saatlar kompüter qarşısında monoton şəkildə işlədiklərinə görə işlərindən məmnun qalmırlar.
Tam oxu
Xəbəri oxu