Icma.az
close
up
RU
Hansı peşədə çalışanlar daha xoşbəxtdirlər?

Hansı peşədə çalışanlar daha xoşbəxtdirlər?

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Günümüzdə insanların əksəriyyəti günün böyük hissəsini iş yerində keçirir. Lakin bütün işlər eyni dərəcədə rahat və motivasiyaedici deyil. Xoşbəxtlik səviyyəsi işin tipi, əmək şəraiti, rəhbərlik münasibəti və insanın öz dəyərlərini bu mühitdə nə dərəcədə ifadə edə bilməsi ilə sıx bağlıdır.
Missiya.Az bununla bağlı araşdırma aparıb.
Aparılan araşdırmalar göstərir ki, bəzi sahələrdə çalışanlar digər peşə sahiblərinə nisbətən daha çox stress, narazılıq və emosional yorğunluq yaşayırlar. Ən çox narazılıq müşahidə olunan sahələrdən biri müştəri xidməti və satış sahəsidir. Bu işlərdə çalışan insanlar hər gün çoxsaylı insanlarla ünsiyyətdə olur, eyni zamanda mənfi emosiyalara məruz qalırlar. Qəzəbli müştərilərlə qarşılaşmaq, sıx iş qrafiki, az təşəkkür almaq və emosional yüklənmə onları tükəndirir. Ofis mühitində çalışan bir çox insanlar da uzun saatlar kompüter qarşısında monoton şəkildə işlədiklərinə görə işlərindən məmnun qalmırlar. 
Səhiyyə işçiləri, xüsusilə tibb bacıları və təcili yardım əməkdaşları, ən çox psixoloji gərginlik yaşayan qruplardan hesab olunur. Onlar hər gün insan ağrısı, xəstəlik və itkilərlə üzləşir, bu isə emosional tükənməyə səbəb olur. Maddi baxımdan cəlbedici görünməsinə baxmayaraq, bu sahə insan ruhuna ən çox təsir edən peşələrdən biridir.
Bunun əksinə olaraq, yaradıcılıq və mənəvi dəyər daşıyan sahələrdə çalışan insanlar özlərini daha xoşbəxt hiss edirlər. Müəllimlər, rəssamlar, tədqiqatçılar və incəsənət nümayəndələri işlərinin nəticəsində başqalarına fayda verdiklərini düşündükləri üçün daxili məmnunluq yaşayırlar. Onlar üçün iş təkcə gəlir mənbəyi deyil, həm də özünüifadə formasıdır.
Nəticə olaraq, işdə xoşbəxtlik yalnız maaşla ölçülmür. İnsan özünü dəyərli, faydalı və hörmətli hiss etdiyi zaman, sadə bir iş belə ona mənəvi rahatlıq gətirə bilər. Əgər bu hisslər yoxdursa, ən yüksək vəzifə belə insanı xoşbəxt edə bilmir, amma sevdiyi işi ürəklə görən insan ən sadə mövqedə belə xəşbəxtliyin ən ucasına çata bilir.


Araşdırmalar nəticəsində o da məlum olub ki, xarakterinə uyğun işdə çalışanlar digərlərinə nisbətdə çalışdığı sahədə daha uzun müddətli və daha xoşbəxtdirlər.
İlahə Qənbərli

Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://missiya.az
archiveBu xəbər 20 Oktyabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see273

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see269

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see251

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see248

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see243

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see240

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see237

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see230

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see229

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see220

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see209

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see207

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see206

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see204

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see204

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see203

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see203

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see201

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see201

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri