Icma.az bildirir, Sia Az portalına istinadən. Haralarda siqaret çəkmək olmaz?
İctimai qaydaları pozanlara qarşı cərimələr tətbiq olunmalıdır? Cərimələnmə nə zaman və hansı formada həyata keçirilməlidir?
SİA mövzu ilə əlaqədar deputat Naqif Həmzəyevin və vəkil Turan Abdullazadənin fikirlərini öyrənib.
Deputat Naqif Həmzəyev: "Azərbaycanda aşağıdakı yerlərdə siqaret çəkmək qanunla qadağandır: - Təhsil və səhiyyə müəssisələrində; - İctimai nəqliyyatda; - Restoran, kafe və digər ictimai iaşə obyektlərinin qapalı yerlərində; - İdman və mədəniyyət obyektlərində; - Dövlət idarələrində; - Lift və çoxmərtəbəli binaların pilləkənlərində; - Uşaq meydançalarında və uşaqların olduğu yerlərdə; - Benzin doldurma məntəqələrində və digər yanğın təhlükəsi olan yerlərdə.
İctimai yerlərdə siqaret çəkmə qaydalarını pozanlara cərimələr tətbiq olunur.
Bu cərimələrin haqlı olub-olmaması barədə müxtəlif fikirlər var: Cərimələrin haqlı olduğunu düşünənlər qeyd edirlər ki: - Siqaret çəkməyən insanların təmiz hava almaq hüququ var; - Passiv siqaret dumanı sağlamlığa ciddi zərər verir; - Cərimələr insanları qaydaları gözləməyə təşviq edir; - İctimai sağlamlığın qorunması dövlətin vəzifəsidir.
Qadağan olunmuş yerlərdə siqaret çəkmək üçün alternativ məkanlar kifayət qədər yaradılmayıb".
Vəkil Turan Abdullazadə: "İctimai yerlərdə, xüsusilə insanların sıx toplaşdığı ərazilər, avtobus dayanacaqlarında siqaret çəkən şəxslərin bu hərəkəti digər vətəndaşların haqlı narazılığına səbəb olur.