Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Harada siqaret çəkmək olmaz? EKSPERT RƏYLƏRİ

Harada siqaret çəkmək olmaz? EKSPERT RƏYLƏRİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

Haralarda siqaret çəkmək olmaz? İctimai qaydaları pozanlara qarşı cərimələr tətbiq olunmalıdır? Cərimələnmə nə zaman və hansı formada həyata keçirilməlidir? SİA mövzu ilə əlaqədar deputat Naqif Həmzəyevin və vəkil Turan Abdullazadənin fikirlərini öyrənib.

Deputat Naqif Həmzəyev: "Azərbaycanda aşağıdakı yerlərdə siqaret çəkmək qanunla qadağandır:

- Təhsil və səhiyyə müəssisələrində;
- İctimai nəqliyyatda;
- Restoran, kafe və digər ictimai iaşə obyektlərinin qapalı yerlərində;
- İdman və mədəniyyət obyektlərində;
- Dövlət idarələrində;
- Lift və çoxmərtəbəli binaların pilləkənlərində;
- Uşaq meydançalarında və uşaqların olduğu yerlərdə;
- Benzin doldurma məntəqələrində və digər yanğın təhlükəsi olan yerlərdə.

İctimai yerlərdə siqaret çəkmə qaydalarını pozanlara cərimələr tətbiq olunur. Bu cərimələrin haqlı olub-olmaması barədə müxtəlif fikirlər var:

Cərimələrin haqlı olduğunu düşünənlər qeyd edirlər ki:
- Siqaret çəkməyən insanların təmiz hava almaq hüququ var;
- Passiv siqaret dumanı sağlamlığa ciddi zərər verir;
- Cərimələr insanları qaydaları gözləməyə təşviq edir;
- İctimai sağlamlığın qorunması dövlətin vəzifəsidir.

Qadağan olunmuş yerlərdə siqaret çəkmək üçün alternativ məkanlar kifayət qədər yaradılmayıb".

Vəkil Turan Abdullazadə: "İctimai yerlərdə, xüsusilə insanların sıx toplaşdığı ərazilər, avtobus dayanacaqlarında siqaret çəkən şəxslərin bu hərəkəti digər vətəndaşların haqlı narazılığına səbəb olur. Buna görə də həmin şəxslər barəsində inzibati məsuliyyət tədbirləri görülür. Bəzən isə məsuliyyətə cəlb olunan şəxslər etdikləri qanun pozuntusu ilə razılaşmırlar.

Azərbaycan Respublikasının "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanununa əsasən, tütün məmulatlarından istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə aşağıda göstərilən yerlərdə siqaret çəkmək qadağandır:

- Təhsil və tərbiyə müəssisələri və onların əraziləri;

- Tibb və tibbi-reabilitasiya müəssisələri və onların əraziləri;

- İdman yarışları və digər kütləvi tədbirlərin keçirildiyi binalar və obyektlər;

- Restoranlar, kafelər, barlar daxil olmaqla ictimai-iaşə obyektləri;

- Ticarət obyektləri;

- Məişət obyektləri;

- Sosial xidmət müəssisələri;

- Yerləşdirmə vasitələri;

- Mədəniyyət obyektləri (teatr, kinoteatr, muzeylər və s.)

- Uşaq meydançaları;

- Yerüstü və yeraltı piyada keçidləri;

- Nəqliyyat vasitələri (avtobuslar, minik avtomobilləri, dəmir yolu, hava nəqliyyatı və s.)

- Yanacaqdoldurma məntəqələri və digər təhlükəli obyektlər;

- Çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerləri.

İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsinə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə üç yüz manat məbləğində cərimə edilir. Bu əməl bir il ərzində təkrar törədilərsə, yeddi yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur.

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə otuz manat məbləğində cərimə edilir.

Bundan başqa, hava nəqliyyatında tütün çəkməyə görə yüz manat, dəmir yolu nəqliyyatında və dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə tütün çəkməyə görə qırx manat məbləğində cərimə nəzərdə tutulub.

Avtobusda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkilməsinə görə qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir. Metroda tütün çəkməyə görə əlli manat məbləğində cərimə edilir.

Bundan əlavə, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bu yerlərdə tütün çəkmək qadağan edildiyini göstərən lövhələrin olması da qanunla tələb edilir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:571
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Aprel 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri