Icma.az, Sherg.az portalına istinadən məlumat verir. Sülh sazişi olmadan Ermənistan-Türkiyə sərhədlərinin açılması mümkünsüzdürErmənistan Ba
Bu qərar, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi fonunda Türkiyə tərəfindən atılmışdı.
44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni geosiyasi reallıqlar fonunda iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində danışıqlar yenidən gündəmə gəlib.
Müşahidəçilər hesab edirlər ki, Paşinyanın Tbilisidə səsləndirdiyi “sərhədlər yaxın vaxtlarda açıla bilər” bəyanatı, həm Türkiyə, həm də Ermənistan üçün tarixi dönüş nöqtəsi ola bilər.
Lakin bu prosesin reallaşması, ilk növbədə, Ermənistan–Azərbaycan sülh danışıqlarının nəticələrindən və regiondakı siyasi balansın sabitliyindən asılı olacaq.Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a deyib ki, 10 noyabr atəşkəs razılaşmasından bu yana beş il keçməsinə baxmayaraq, hələ də qalıcı sülh sazişinin imzalanmaması daim diqqətləri Cənubi Qafqaza yönəldir:"Sonuncu dəfə 2025-ci il avqustun 9-da Donald Trampın “dünyada səkkiz müharibəni bitirdim” deyərək İlham Əliyev və Nikol Paşinyanla əldə etdiyi ilkin razılaşma dünya ictimaiyyətinə Ermənistan–Azərbaycan sülh sazişi kimi təqdim olunsa da, hələlik bu istiqamətdə real irəliləyiş müşahidə olunmur.
44 günlük Vətən müharibəsindən sonra Türkiyə 10 noyabr razılaşmasında tərəf kimi yer almaq istəyirdi, lakin bu baş vermədi.
Bunun ardınca Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi razılaşma maddələrinə daxil edilmişdi.
Amma Türkiyədə böyük gözlənti yaradan Zəngəzur dəhlizi məsələsi sülh sazişinin imzalanmasının dəfələrlə təxirə salınmasına səbəb oldu.