Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Hasan Oktay: Cənubi Qafqazda sülhün açarı üçtərəfli razılaşmadadır

Hasan Oktay: Cənubi Qafqazda sülhün açarı üçtərəfli razılaşmadadır

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Sülh sazişi olmadan Ermənistan-Türkiyə sərhədlərinin açılması mümkünsüzdür


Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesindən danışıb.

Paşinyan bu məsələyə V Tbilisi İpək Yolu Forumunun açılış mərasimində çıxışı zamanı toxunub.

O qeyd edib ki, yaxın vaxtlarda Ermənistanla Türkiyə arasında sərhədin açılması mümkündür.

Xatırladaq ki, Ermənistan və Türkiyə arasında sərhədlər 1993-cü ildən etibarən bağlıdır. Bu qərar, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi fonunda Türkiyə tərəfindən atılmışdı. 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni geosiyasi reallıqlar fonunda iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində danışıqlar yenidən gündəmə gəlib. Müşahidəçilər hesab edirlər ki, Paşinyanın Tbilisidə səsləndirdiyi “sərhədlər yaxın vaxtlarda açıla bilər” bəyanatı, həm Türkiyə, həm də Ermənistan üçün tarixi dönüş nöqtəsi ola bilər. Lakin bu prosesin reallaşması, ilk növbədə, Ermənistan–Azərbaycan sülh danışıqlarının nəticələrindən və regiondakı siyasi balansın sabitliyindən asılı olacaq.


Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a deyib ki, 10 noyabr atəşkəs razılaşmasından bu yana beş il keçməsinə baxmayaraq, hələ də qalıcı sülh sazişinin imzalanmaması daim diqqətləri Cənubi Qafqaza yönəldir:


"Sonuncu dəfə 2025-ci il avqustun 9-da Donald Trampın “dünyada səkkiz müharibəni bitirdim” deyərək İlham Əliyev və Nikol Paşinyanla əldə etdiyi ilkin razılaşma dünya ictimaiyyətinə Ermənistan–Azərbaycan sülh sazişi kimi təqdim olunsa da, hələlik bu istiqamətdə real irəliləyiş müşahidə olunmur. 44 günlük Vətən müharibəsindən sonra Türkiyə 10 noyabr razılaşmasında tərəf kimi yer almaq istəyirdi, lakin bu baş vermədi. Bunun ardınca Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi razılaşma maddələrinə daxil edilmişdi. Amma Türkiyədə böyük gözlənti yaradan Zəngəzur dəhlizi məsələsi sülh sazişinin imzalanmasının dəfələrlə təxirə salınmasına səbəb oldu. SSRİ dağıldıqdan sonra Türkiyə Cənubi Qafqazın üç ölkəsini -Azərbaycanı, Gürcüstanı və Ermənistanı eyni vaxtda tanımış, Bakı və Tbilisi ilə diplomatik əlaqələr qurmuşdu. İrəvanın diplomatik əlaqələrə daxil olmamasının əsas səbəbi Ermənistanın Rusiyanın təhriki ilə Azərbaycanın ərazilərini işğal etməyə cəhd göstərməsi idi. Həmin dövrdə açıq olan sərhəd qapıları Kəlbəcərin işğalı ilə əlaqədar olaraq Türkiyə tərəfindən bağlanmışdı. 44 günlük müharibə nəticəsində Kəlbəcər işğaldan azad olunduğu üçün Türkiyənin Ermənistanla sərhəd qapılarını bağlı saxlamaq üçün irəli sürdüyü əsas ortadan qalxmışdı və əslində bu qapılar açılmalı idi. Lakin Ankara bu məsələni əlində diplomatik bir vasitə kimi saxlayaraq, Ermənistan–Azərbaycan–Türkiyə üçtərəfli sülh sazişinə təsir etmək məqsədilə sərhədləri bağlı tutdu. Beş il keçməsinə baxmayaraq, hələ də sülhün imzalanmaması və Türkiyənin israrla təklif etdiyi “Ermənistan-Azərbaycan-Türkiyə arasında əvvəlcədən şərtsiz üçtərəfli sülh”ün gündəliyə gətirilməməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Bu səbəbdən, sözügedən sazişin mümkün olmadığı halda qismən normallaşma əldə etmək məqsədilə Paşinyan Türkiyə ilə sərhəd qapılarının açılması məsələsini tez-tez gündəmə gətirir. Beynəlxalq hüquqda heç bir əsası olmayan Zəngəzur dəhlizi gözləntiləri razılaşmanı təxirə salır və bu prosesi qeyri-müəyyən vaxta qədər uzadır".


Ekspert əlavə edib ki, əslində, sülh sazişi imzalanmadan Zəngəzur dəhlizinin keçəcəyi ərazilərin statusu barədə danışmaq mümkün deyil:

"Bu da Cənubi Qafqazda qeyri-müəyyənliyi daha da artırır. Türkiyə “əvvəlcədən şərtsiz üçtərəfli sülh” təklifini bölgədə diplomatik böhran yaranmaması üçün irəli sürür. Lakin bu təşəbbüs Ermənistan tərəfindən yalnız sərhəd qapılarının açılması məsələsinə endirilərək dar çərçivəyə salınır. Trampın irəli sürdüyü yol xətti və Zəngəzur dəhlizi gözləntiləri Cənubi Qafqaza sülh gətirə bilməyəcək. Buna görə də hər üç tərəf Ermənistan, Azərbaycan və Türkiyə heç bir ilkin şərt irəli sürmədən bir-birinin suverenliyini tanımalı, sərhədləri müəyyənləşdirməli və sərhəd qapılarının açılmasını nəzərdə tutan sülh sazişi imzalamaq məcburiyyətindədirlər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see247

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri