Icma.az bildirir, Konkret.az portalına istinadən. Son dövrlərdə dünya üzrə baş verən təyyarə qəzaları və texniki nasazlıqlar bir çox suallar
Xüsusilə də bəzi mütəxəssislər və müzakirəçilər bu hadisələrin kiberhücumlarla əlaqəli ola biləcəyini irəli sürür.
Müasir dövrün rəqəmsal sistemləri ilə idarə olunan hava gəmiləri, kiberhücumlar üçün potensial hədəfə çevrilə bilər.
Belə vəziyyətlərdə kiberhücumlar təyyarələrə necə təsir edir və onlardan qorunmaq üçün hansı tədbirlər görülür?
KONKRET.az xəbər verir ki, yenisabahaz həmin ehtimalları İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, ekspert Bəhruz Əliyev ilə müzakirə edib.
Ekspert bildirib ki, bu günə qədər təyyarə idarəetmə sistemlərinə birbaşa edilən kiberhücumlarla bağlı açıq şəkildə təsdiq edilmiş ciddi bir hadisə yoxdur: “Lakin aviasiya sektoru bu cür təhdidlərə qarşı çox ciddi təhlükəsizlik tədbirləri görür.
Kiberhücumların potensial olaraq təyyarələrin təhlükəsizliyinə və uçuş əməliyyatlarına necə təsir edə biləcəyinə dair narahatlıqlar mövcuddur və buna görə də müasir təhlükəsizlik protokolları inkişaf etdirilməkdədir.
Eyni zamanda, təyyarə idarəetmə və aviasiya sistemlərinə edilən birbaşa kiberhücumlara dair məlumatlar məxfi ola bilər.