Havanın çirklənməsi, allergik amillər... Uşaqlarımız niyə tez tez XƏSTƏLƏNİR? | Icma.az
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Uşaqların əvvəlki nəsillə müqayisədə tez-tez xəstələnməsi fikrini çox eşidirik.Bu vəziyyətin immun sisteminin zəifləməsi, həyat tərzinin dəyişməsi, qidalanma vərdişləri və ya ekoloji amillərlə bağlı olub-olmaması müzakirə mövzusudur.Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən pediatr Şəlalə Poluxova bildirib ki, uşaqların tez-tez xəstələnməsini tək bir səbəblə izah etmək mümkün deyil.Onun sözlərinə görə, burada bir neçə amil eyni vaxtda rol oynayır və məhz bu faktorların üst-üstə düşməsi indiki uşaqların daha çox xəstələnirmiş kimi görünməsinə səbəb olur.Pediatr fiziki aktivliyin azalmasının mühüm rol oynadığını deyib.
Bildirib ki, uşaqlar açıq havada az vaxt keçirir, uzun müddət ekran qarşısında qalır, yuxu rejimi pozulur.
Telefon və planşetlərdən gec saatlara qədər istifadə bu həyat vərdişlərinin formalaşmasına səbəb olur ki, bu da immun cavabın zəifləməsinə və infeksiyalara həssaslığın artmasına gətirib çıxarır.Qidalanma faktoruna da toxunan həkimin sözlərinə görə, müasir dövrdə uşaqlara daha çox hazır və emal olunmuş qidalar, şəkərli içkilər verilir, meyvə, tərəvəz və lifli qidaların qəbulu isə minimaldır.
Bu vəziyyət valideynlərin “uşaq yemir, nə edim?” sualı ilə tez-tez qarşılaşmasına səbəb olur.
Nəticədə uşaqlar ac qalmasın deyə alternativ olaraq şəkərli və hazır qidalar təklif olunur ki, bu da doğru yanaşma deyil:“Bu cür qidalanma bağırsaq mikrobiotasının pozulmasına və immun sistemin zəifləməsinə gətirib çıxarır.
Bədənin immunitetinin 70-80 faizi məhz bağırsaqlarla və bağırsaq mikrobiotası ilə əlaqədardır və bu baxımdan qidalanma faktoru çox mühüm rol oynayır”.Şəlalə Poluxova: Nə həddindən artıq steril mühit, nə də laqeyd münasibət doğru yanaşma deyilŞ.Poluxova qeyd edib ki, uşaqlar bağçaya və ya məktəbə başladıqdan sonra xəstələnmə halları daha çox müşahidə olunur.
Tədqiqatlar göstərir ki, uşaq bağçaya və ya məktəbə başladığı ilk ildə 10 dəfəyə qədər virus infeksiyası keçirdərsə, bu tam normal haldır.
Tam oxu
Xəbəri oxu