Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Havanın çirklənməsi, allergik amillər... Uşaqlarımız niyə tez tez XƏSTƏLƏNİR?

Havanın çirklənməsi, allergik amillər... Uşaqlarımız niyə tez tez XƏSTƏLƏNİR?

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uşaqların əvvəlki nəsillə müqayisədə tez-tez xəstələnməsi fikrini çox eşidirik.

Bu vəziyyətin immun sisteminin zəifləməsi, həyat tərzinin dəyişməsi, qidalanma vərdişləri və ya ekoloji amillərlə bağlı olub-olmaması müzakirə mövzusudur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən pediatr Şəlalə Poluxova bildirib ki, uşaqların tez-tez xəstələnməsini tək bir səbəblə izah etmək mümkün deyil.

Onun sözlərinə görə, burada bir neçə amil eyni vaxtda rol oynayır və məhz bu faktorların üst-üstə düşməsi indiki uşaqların daha çox xəstələnirmiş kimi görünməsinə səbəb olur.

Pediatr fiziki aktivliyin azalmasının mühüm rol oynadığını deyib. Bildirib ki, uşaqlar açıq havada az vaxt keçirir, uzun müddət ekran qarşısında qalır, yuxu rejimi pozulur. Telefon və planşetlərdən gec saatlara qədər istifadə bu həyat vərdişlərinin formalaşmasına səbəb olur ki, bu da immun cavabın zəifləməsinə və infeksiyalara həssaslığın artmasına gətirib çıxarır.

Qidalanma faktoruna da toxunan həkimin sözlərinə görə, müasir dövrdə uşaqlara daha çox hazır və emal olunmuş qidalar, şəkərli içkilər verilir, meyvə, tərəvəz və lifli qidaların qəbulu isə minimaldır. Bu vəziyyət valideynlərin “uşaq yemir, nə edim?” sualı ilə tez-tez qarşılaşmasına səbəb olur. Nəticədə uşaqlar ac qalmasın deyə alternativ olaraq şəkərli və hazır qidalar təklif olunur ki, bu da doğru yanaşma deyil:

“Bu cür qidalanma bağırsaq mikrobiotasının pozulmasına və immun sistemin zəifləməsinə gətirib çıxarır. Bədənin immunitetinin 70-80 faizi məhz bağırsaqlarla və bağırsaq mikrobiotası ilə əlaqədardır və bu baxımdan qidalanma faktoru çox mühüm rol oynayır”.

Şəlalə Poluxova: Nə həddindən artıq steril mühit, nə də laqeyd münasibət doğru yanaşma deyil

Ş.Poluxova qeyd edib ki, uşaqlar bağçaya və ya məktəbə başladıqdan sonra xəstələnmə halları daha çox müşahidə olunur. Tədqiqatlar göstərir ki, uşaq bağçaya və ya məktəbə başladığı ilk ildə 10 dəfəyə qədər virus infeksiyası keçirdərsə, bu tam normal haldır. Keçmişdə uşaqlar erkən yaşlardan kollektiv mühitə göndərilmədiyi üçün bu hallar o qədər də nəzərə çarpmırdı. Onun sözlərinə görə, bu xəstələnmələr immunitetin formalaşma mərhələsinin normal hissəsidir:

“Havanın çirklənməsi, allergik amillər, kimyəvi maddələrə məruz qalma, passiv siqaret tüstüsü və digər bu kimi faktorlar tənəffüs yollarını həssaslaşdırır və infeksiyaların daha ağır keçməsinə səbəb olur”.

Pediatr onu da vurğulayıb ki, müasir dövrdə tibbi müayinələrə və testlərə daha çox müraciət olunması, diaqnostik metodların inkişafı virusların daha erkən aşkar edilməsinə imkan yaradır. Bu da xəstəliklərin sayı artmış kimi təəssürat yarada bilər. Halbuki xəstələnmə halları artmayıb, sadəcə onlar daha tez və dəqiq aşkarlanır.

Sonda müsahibimiz qeyd edib ki, bu gün uşaqlar zəif deyil, sadəcə fərqli mühitdə böyüyürlər. Onun sözlərinə görə, əsas hədəf düzgün qidalanma rejimi, bol maye qəbulu, aktiv həyat tərzi, açıq havada vaxt keçirmək və gigiyena qaydalarına balanslı yanaşmaqdır. Nə həddindən artıq steril mühit, nə də laqeyd münasibət doğru yanaşmadır. 

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Yanvar 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see280

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see275

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see222

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see214

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see210

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see196

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see192

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see184

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see179

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see175

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see171

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see165

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see152

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see150

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see149

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri