Icma.az bildirir, News24 portalına istinadən. “ABŞ-də iqtidar dəyişikliyi ilə Yaxın Şərqdə bir az da hərəkətlilik artıb".
Bu sözləri Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli "Cebheinfo.az"-a açıqlamasında deyib.
O bildirib ki, ABŞ Prezidenti Donald Tramp keçmiş iqtidara nisbətən İrana qarşı sərt mövqeyi ilə fəqrlənir: "Tramp İrana qarşı yeni tələblərlə çıxış edib.
Tələbə əsasən İran Yaxın Şərqdəki proksi qüvvələrə bütün dəstəyi kəsməli və nüvə proqramını dayandırmalıdır.
İranın bölgədə təhlükəsizliyə təhdid yaradan proksi qüvvələrinə qarşı İsrail ötən ildən aktiv əməliyyatlar aparır.
Bu məsələdə yəhudi dövləti xeyli uğurlar əldə edib". Lakin onun sözlərinə görə, Tramp sərt bəyanatlar versə də, ABŞ-nin İranla açıq müharibə
Böyük ehtimalla, İrana hava zərbələri endiriləcək. Çünki İran kimi dövlətlə quru qoşunları ilə açıq döyüşə girmək ABŞ üçün əlverişli deyil.
Ortada Əfqanıstan təcrübəsi var. İran ordusunda şəxsi heyətin sayı 1 milyona yaxındır. Səfərbərlik olarsa, əsgər sayı 10 milyona çıxa bilər.