Icma.az
close
up
RU
Hazır olmalıyıq: “İran bu nöqtələrdən vurulacaq”

Hazır olmalıyıq: “İran bu nöqtələrdən vurulacaq”

Icma.az bildirir, News24 portalına istinadən.

“ABŞ-də iqtidar dəyişikliyi ilə Yaxın Şərqdə bir az da hərəkətlilik artıb". 

Bu sözləri Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli "Cebheinfo.az"-a açıqlamasında deyib. O bildirib ki, ABŞ Prezidenti Donald Tramp keçmiş iqtidara nisbətən İrana qarşı sərt mövqeyi ilə fəqrlənir: 

"Tramp İrana qarşı yeni tələblərlə çıxış edib. Tələbə əsasən İran Yaxın Şərqdəki proksi qüvvələrə bütün dəstəyi kəsməli və nüvə proqramını dayandırmalıdır. İranın bölgədə təhlükəsizliyə təhdid yaradan proksi qüvvələrinə qarşı İsrail ötən ildən aktiv əməliyyatlar aparır. 

Bu məsələdə yəhudi dövləti xeyli uğurlar əldə edib". Lakin onun sözlərinə görə, Tramp sərt bəyanatlar versə də, ABŞ-nin İranla açıq müharibəyə girəcəyi real görünmür: 

"Vaşinqton İranın dişsiz hala gətirilməsi siyasətini elə İsrailin əli həyata keçirmək istəyir. Böyük ehtimalla, İrana hava zərbələri endiriləcək. Çünki İran kimi dövlətlə quru qoşunları ilə açıq döyüşə girmək ABŞ üçün əlverişli deyil. Ortada Əfqanıstan təcrübəsi var. İran ordusunda şəxsi heyətin sayı 1 milyona yaxındır. Səfərbərlik olarsa, əsgər sayı 10 milyona çıxa bilər. O halda İran ordusu ilə başabaş mübarizə aparmaq çətinləşəcək. İranın öyünə biləcəyi başqa üstünlük ballistik raketləridir". 

Ekspert hesab edir ki, ABŞ-nin İranın zəif nöqtələrini hədəfə alacaq: 

"Yəqin ki, ABŞ dəstəkli İsrail qüvvələri İranın nüvə obyektlərini, strateji hərbi bazalarını sıradan çıxarmağı qarşıya məqsəd qoyacaq. İrana hərbi müstəvidə ağır zərbə molla rejiminin daxildə nüfuzunu da sarsıdacaq. Bundan sonra daxildə etnik zəmində qarşıdurmalara və teokratik rejim əleyhinə hərəkata təkan veriləcək”. 

Molla rejimin ömrünü bitirdiyini vurğulayan Elman Cəfərli bildirib ki, İranda siyasi kataklizmlərə hazır olmalıyıq: 

"İranda 40 milyona yaxın türk yaşayır. Ən azı tarixi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımıza sahib çıxmalıyıq. Güney Azərbaycanda siyasi cəhətdən yetkin toplum formalaşmalıdır ki, postmolla rejimi dönəmində aydın istiqamət müəyyən edə bilsin. Buna görə Güney insanına təsir edə bilən, siyasi maarifçilik aparan sosial şəbəkə kanallarına ehtiyac var. O kanallar Bakıda yaradılmalıdır. İranda daha yayğın olan sosial şəbəkələr "Telegram" və "Instagram"dır. Bu sosial şəbəkələr üzərində siyasi maarifçilik işini qurmaq olar". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 Aprel 2025 04:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri