Hazır yemək | Icma.az
Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Akif ABBASOV(hekayə)Xudayar pəncərədən yola baxanda gözü Məmmədquluya sataşdı. O, başını aşağı salıb ağır-ağır evinə sarı gəlirdi.
Söz yox ki, işdən qayıdırdı:- Qonşu, xoş gördük!Məmmədqulu fikirli olduğundan Xudayarın cingiltili səsindən diksindi.
Başını yuxarı qaldırıb candərdi gülümsədi:- Xoş günün olsun, qonşu.Avtobusda basa-bas olduğundan sıxıb suyunu çıxarmışdılar.
Hiss olunurdu ki, danışmağa heyi qalmayıb. Xudayar qonaqpərvərlik etdi:- Qonşu, görürəm kefin yoxdur. Hazır yemək var.
Mağazadan bir şüşə araq götür, vaxtımızı keçirək. Çoxdandır oturmuruq.Təklif yorulub əldən düşmüş Məmmədqulunun ürəyindən oldu.
O saat razılaşdı:- Nə deyirəm ki… - deyib geriyə döndü və tindəki dükandan bir butulka araq götürdü.Xudayar tez göstəriş verdi.
Süfrə açıldı. Ortaya dərhal çörək, göy-göyərti, bir nimçə şor, iki balaca stəkan gəldi. Xudayar arağın ağzını açıb stəkanlara içki süzdü.
Tam oxu
Xəbəri oxu