Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 9 iyul, AZƏRTAC Hüquq və İnsan Haqları İnstitutu tərəfindən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair hazırlanmış elmi-praktiki kommentariyanın təqdimatı təşkil edilib.Bu barədə AZƏRTAC-a İnstitutdan məlumat verilib.
Tədbirin açılışında İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə deyib ki, ölkəmizdə insan hüquq və azadlıqları sahəsində maarifləndirmə İnstitutun qarşısında duran əsas prioritetlərdən biridir.
Bu istiqamətdə atılan addımlardan biri kimi “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 50 maddəsi İnstitut tərəfindən şərh olunaraq praktiki vəsait kimi hazırlanıb.
O qeyd edib ki, bu şərh həbsdə olan şəxslərin hüquqlarının qorunması sahəsində mövcud hüquqi mexanizmlərin daha dolğun anlaşılmasına və beynəlxalq standartlarla uzlaşan hüquqi təcrübənin formalaşmasına xidmət edəcək.
Sədr, eyni zamanda, İnstitutun son illərdə hüquq icması və geniş əhali üçün hazırladığı müxtəlif məhsullar - virtual kitabxana, məqalə və hüquqşünas alimlərin bazası, PASS Platforması və s.
barədə ətraflı məlumat verib. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Strateji planlaşdırma və monitorinq idarəsinin rəisi, ədliyyə polk
Xidmət əməkdaşlarının hüquqi biliklərinin artırılması, təlimlərin mütəmadi keçirilməsi və onların hüquqi ədəbiyyatla təminatı daim diqqət mə