Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanuna dair kommentariyanın təqdimatı keçirilib

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanuna dair kommentariyanın təqdimatı keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 9 iyul, AZƏRTAC

Hüquq və İnsan Haqları İnstitutu tərəfindən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair hazırlanmış elmi-praktiki kommentariyanın təqdimatı təşkil edilib.

Bu barədə AZƏRTAC-a İnstitutdan məlumat verilib.

Tədbirin açılışında İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə deyib ki, ölkəmizdə insan hüquq və azadlıqları sahəsində maarifləndirmə İnstitutun qarşısında duran əsas prioritetlərdən biridir. Bu istiqamətdə atılan addımlardan biri kimi “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 50 maddəsi İnstitut tərəfindən şərh olunaraq praktiki vəsait kimi hazırlanıb. O qeyd edib ki, bu şərh həbsdə olan şəxslərin hüquqlarının qorunması sahəsində mövcud hüquqi mexanizmlərin daha dolğun anlaşılmasına və beynəlxalq standartlarla uzlaşan hüquqi təcrübənin formalaşmasına xidmət edəcək. Sədr, eyni zamanda, İnstitutun son illərdə hüquq icması və geniş əhali üçün hazırladığı müxtəlif məhsullar - virtual kitabxana, məqalə və hüquqşünas alimlərin bazası, PASS Platforması və s. barədə ətraflı məlumat verib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Strateji planlaşdırma və monitorinq idarəsinin rəisi, ədliyyə polkovniki Vüqar Abışov bildirib ki, Penitensiar xidmət insan hüquqlarının müdafiəsi və beynəlxalq standartların tətbiqinə, eləcə də, hüquqi maarifləndirməyə xüsusi önəm verir. Xidmət əməkdaşlarının hüquqi biliklərinin artırılması, təlimlərin mütəmadi keçirilməsi və onların hüquqi ədəbiyyatla təminatı daim diqqət mərkəzində saxlanılır. O, İnstitutun da bu istiqamətdə apardığı məqsədyönlü fəaliyyəti, xüsusilə bu cür önəmli mövzuda nəşrin hazırlanaraq peşəkar auditoriyaya təqdim olunmasını təqdirəlayiq hesab edib.

İnstitutun İdarə Heyəti sədrinin müavini Natəvan Rüstəmova kommentariya barədə ətraflı məlumat verib, şərhin beynəlxalq sənədlərə və məhkəmə qərarlarına əsaslandığını, həmçinin kitabda azadlıqdan məhrumetmə yerlərində insan hüquqlarına hörmət və müvafiq beynəlxalq standartların əsas götürüldüyünü vurğulayıb.

Təqdimatda iştirakçıların kommentariyada qaldırılan məsələlər ətrafında apardıqları müzakirələr mövzunun daha geniş və əhatəli şəkildə anlaşılmasına imkan yaradıb.

İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfəddin İbayevin redaktorluğu ilə hazırlanan 625 səhifəlik bu kitab Penitensiar xidmət əməkdaşları, vəkillər, hüquq-mühafizə orqanlarının əməkdaşları, hüquqşünaslar və ali məktəblərin hüquq fakültələrinin tələbələri üçün faydalı vəsaitdir.

Tədbirdə Milli Məclisin deputatları, müxtəlif dövlət qurumlarının nümayəndələri, hüquqşünas alimlər və qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see272

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see271

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see218

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see210

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see206

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see192

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see192

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see188

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see180

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see167

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see166

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see150

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see147

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see145

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see145

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see142

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see139

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri