Həbsdə ölən icra başçısının əmlakı satışa çıxarıldı

11.11.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə.az-ın xəbərinə görə, sahəsi 264,2 kvm olan əmlak Goranboy şəhəri, Heydər Əliyev prospekti 106 ünvanında yerləşir.

Xatırladaq ki, Nizaməddin Quliyev və müavini Ramiz Tatarov vəzifə cinayətləri ilə bağlı 2019-cu il dekabrın 19-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunublar.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il, R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Sonradan Gəncə Apellyasiya Məhkəməsi qərarı ilə N.Quliyev vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib və onun 600 min manatlıq əmlakı üzərindən həbs götürülüb. R.Tatarovun cəzası isə 8 il 3 aya endirilib.

Ali Məhkəmə N.Quliyevin əmlakları ilə bağlı qərarı ləğv edib, işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarıb.

Gəncə Apellyasiya Məhkəməsi əmlakların müsadirədən azad olunması ilə bağlı çıxarıb, əmlaklar müsadirədən azad olunub. Həmin əmlaklar arasında Goranboy şəhəri, Heydər Əliyev prospekti 106 ünvanında yerləşən qeyri-yaşayış binası da olub. 

O, həmçinin 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də çalışıb.

Sabiq icra başçısı 2021-ci il sentyabrın 8-də Gəncə modul tipli xəstəxanasında COVID-19-dan vəfat edib.

Könül Vəliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью