Həbsdə ölən icra başçısının əmlakı satışa çıxarıldı
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az-ın xəbərinə görə, sahəsi 264,2 kvm olan əmlak Goranboy şəhəri, Heydər Əliyev prospekti 106 ünvanında yerləşir.
Xatırladaq ki, Nizaməddin Quliyev və müavini Ramiz Tatarov vəzifə cinayətləri ilə bağlı 2019-cu il dekabrın 19-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunublar.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il, R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
Sonradan Gəncə Apellyasiya Məhkəməsi qərarı ilə N.Quliyev vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib və onun 600 min manatlıq əmlakı üzərindən həbs götürülüb. R.Tatarovun cəzası isə 8 il 3 aya endirilib.
Ali Məhkəmə N.Quliyevin əmlakları ilə bağlı qərarı ləğv edib, işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarıb.
Gəncə Apellyasiya Məhkəməsi əmlakların müsadirədən azad olunması ilə bağlı çıxarıb, əmlaklar müsadirədən azad olunub. Həmin əmlaklar arasında Goranboy şəhəri, Heydər Əliyev prospekti 106 ünvanında yerləşən qeyri-yaşayış binası da olub.
O, həmçinin 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də çalışıb.
Sabiq icra başçısı 2021-ci il sentyabrın 8-də Gəncə modul tipli xəstəxanasında COVID-19-dan vəfat edib.
Könül Vəliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 11 Noyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















