Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Həbsdən çıxan qadınlar üçün azadlıq yeni bir başlanğıc olsa da, onları cəmiyyətin soyuq və mühakiməedici münasibəti qarşılayır.
Ailə içində qəbul olunmamaq, iş tapa bilməmək və tək qalmaq hissi onların psixoloji durumuna ciddi təsir göstərir.
Sosial mühit bu qadınları inteqrasiyadan çox təcridə sürükləyir.
Bəs cəmiyyət və dövlət bu qadınların yenidən həyata qayıtmasına nə dərəcədə kömək edir?
Mövzu ilə bağlı Gununsesi.info -ya danışan Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Fazil Mustafa vurğulayıb ki, qadınların sosial reabilitasiyası ilə bağlı təkliflər kifayət qədər çoxdur: “Qanunvericilikdə bu sahədə bir sıra müddəalar nəzərdə tutulub, lakin bunlar əsasən nəzəri xarakter daşıyır.
Praktik tərəfdən isə Azərbaycan cəmiyyətində bu kateqoriyadan olan qadınların reabilitasiya prosesinə real şəkildə qoşulması, demək olar ki, mümkün olmur.
Bu məsələ yalnız özəl sektorda – sahibkarlıq subyektlərinə müəyyən sərbəstlik və stimullar verildikdə həll oluna bilər.