Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

Həbsdən çıxan qadınların cəmiyyətə inteqrasiyası necə olmalıdır? TƏKLİFLƏR

Həbsdən çıxan qadınların cəmiyyətə inteqrasiyası necə olmalıdır? TƏKLİFLƏR

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Həbsdən çıxan qadınlar üçün azadlıq yeni bir başlanğıc olsa da, onları cəmiyyətin soyuq və mühakiməedici münasibəti qarşılayır.

Ailə içində qəbul olunmamaq, iş tapa bilməmək və tək qalmaq hissi onların psixoloji durumuna ciddi təsir göstərir.

Sosial mühit bu qadınları inteqrasiyadan çox təcridə sürükləyir.

Bəs cəmiyyət və dövlət bu qadınların yenidən həyata qayıtmasına nə dərəcədə kömək edir?

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Fazil Mustafa vurğulayıb ki, qadınların sosial reabilitasiyası ilə bağlı təkliflər kifayət qədər çoxdur:

“Qanunvericilikdə bu sahədə bir sıra müddəalar nəzərdə tutulub, lakin bunlar əsasən nəzəri xarakter daşıyır. Praktik tərəfdən isə Azərbaycan cəmiyyətində bu kateqoriyadan olan qadınların reabilitasiya prosesinə real şəkildə qoşulması, demək olar ki, mümkün olmur.

Bu məsələ yalnız özəl sektorda – sahibkarlıq subyektlərinə müəyyən sərbəstlik və stimullar verildikdə həll oluna bilər. Hazırda bu sahədə tətbiq edilən imtiyazlar isə yetərli deyil. Məhz bu səbəbdən sahibkarlar bu prosesdə fəal iştirak etməkdə maraqlı deyillər. Halbuki, bu istiqamətdə təşəbbüslər olsa, çox faydalı nəticələr əldə oluna bilər.

Ən azı, bu qadınlara dəstək göstərənlər bilərdi ki, hansı addımların atılması onların əmək fəaliyyətinə cəlb edilməsinə, ailə həyatına qayıtmasına və cəmiyyətə yenidən inteqrasiya olunmasına kömək edə bilər. Təəssüf ki, hazırda bu insanlara sadəcə sıradan çıxmış vətəndaş kimi yanaşılır, bu isə, heç şübhəsiz, arzuolunan bir yanaşma deyil”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Gununsesi.info-ya açıqlamasında həbsxanada ən vacib məsələlərdən biri qadınların reabilitasiyasıdır:

“Bu qadınların cəmiyyətə necə qayıtması məsələsi ən önəkli məsələlərdən biridir. Bu barədə dəfələrlə danışmışam. Təəssüf ki, çox vaxt ailələri bu qadınlardan üz çevirir, onları qəbul etmir. Belə olan halda, bu qadınlara necə yardım göstərmək olar? Bu, ciddi bir problemdir.

Əslində, yalnız həmin qadınları deyil, bütövlükdə cəmiyyəti də bu məsələyə hazırlamaq vacibdir. Cəmiyyətin onlara münasibəti dəyişməlidir. Unutmamalıyıq ki, heç kim belə bir vəziyyətdən sığortalanmayıb. Sabah bu problem hər bir ailənin qapısını döyə bilər. Ona görə də cəmiyyətdə bu insanlara qarşı anlayışlı və normal münasibət formalaşdırılmalıdır.

Belə qadınların azadlığa çıxmasına 3-4 ay qalmış, onlar üçün iş tapmaq imkanları yaradılmalıdır. Məsələn, biz bunu Amerikada görmüşük – qadınlar kompüter arxasında əyləşib özlərinə iş axtarırdılar. Bizdə də bu təcrübəni tətbiq etmək olar. Reabilitasiya prosesinin tərkib hissəsi olaraq onların əmək bazarına hazırlığı təmin edilməlidir.

Bir daha vurğulamaq istəyirəm ki, cəmiyyəti bu məsələyə hazırlamaq çox vacibdir – ayrı-seçkiliyə yol verilməməlidir. Həbsxanada olan insanlarla elə işlənməlidir ki, onlar günahlarını anlayaraq, cəza müddəti ərzində reabilitasiya olunsunlar və azadlığa normal bir vətəndaş kimi qayıtsınlar”.

Novella Cəfəroğlu hesab edir ki, bu mövzudaqanunvericilikdə müəyyən dəyişikliklər olamlıdır.

“Söhbət ağır cinayət törətmiş şəxslərdən getmir. Yüngül və ya ilk dəfə cinayət törətmiş insanlar üçün alternativ cəza tədbirləri nəzərdə tutulmalıdır. Həbs əvəzinə məcburi ictimai işlər, ev dustaqlığı və ya hər gün komendantlığa imza verməklə nəzarətdə saxlanıla bilər. Həmçinin, onlar üçün məcburi iş yerləri ayrılmalıdır ki, həm cəmiyyətə fayda versinlər, həm də öz həyatlarına yeni başlanğıc edə bilsinlər.

Bilirsiniz, nə qədər qadın hazırda həbsdədir? Bu yerləri bir qədər seyrəltmək lazımdır. Həbsxanalarda peşə məktəbləri mövcuddur və oradakı qadınlara müxtəlif peşələr öyrədilməlidir. Daha sonra bu peşə biliklərinə əsasən onlara iş tapılmalı və məhkəmə qərarı ilə icbari həbsdən azad edilərək həmin sahələrdə işləmələrinə şərait yaradılmalıdır.

Eyni zamanda bəzi qadınlara alternativ cəza olaraq məcburi “cərimə” tətbiq edilə bilər – yəni işləyib bu məbləği geri ödəməklə məsuliyyətdən qismən azad olunmaq imkanları yaradılmalıdır. Bu fikirləri dəstəkləyənlər kifayət qədər çoxdur və yaxşı olar ki, geniş müzakirələr nəticəsində vahid, effektiv bir qərar qəbul edilsin”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 İyul 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see299

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see235

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see231

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see216

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see213

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see205

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see195

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see194

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see194

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see171

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see158

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see151

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see144

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see143

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see141

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see139

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri